AZAL Novruz və Ramazan bayramları ilə bağlı çevik uçuş cədvəli təklif edir
Digərləri 13 Fev 2026 16:09:00 70 0
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Novruz və Ramazan bayramları ilə bağlı geniş istiqamət seçimi və çevik uçuş cədvəli təklif edir.
Bu xəbəri də oxu: Sumqayıtda ayaqqabı təmir məntəqəsi yanır
Son.az xəbər verir ki, bu, həm qısa həftəsonu səfərləri, həm də uzunmüddətli tətil üçün uyğun variant seçimini asanlaşdırır. Aviaşirkətin marşrut şəbəkəsi Asiya, Yaxın Şərq və Avropa şəhərlərini əhatə edir və bayram günləri ərəfəsində, eləcə də tətil günlərində AZAL minlərlə beynəlxalq reys yerinə yetirəcək.
Yazda ən çox haraya səyahət edilir?
Bayram günlərində xüsusilə Yaxın Şərq istiqamətləri və kurort marşrutlarına maraq artır. Dubay ən çox üstünlük verilən şəhərlərdən biridir. Artan tələbatı nəzərə alan AZAL bu marşrut üzrə uçuş proqramını genişləndirib və əlavə reyslər təyin edib.
Yumşaq iqlimdə dincəlmək istəyənlər üçün AZAL regionun ən məşhur kurortlarından biri olan Şarm-əl-Şeyxə reyslər həyata keçirir. Bayram günlərini dəniz sahilində keçirməyi üstün tutan sərnişinlər üçün isə Maleyə uçuşlar mövcuddur. Bu istiqamət xüsusilə səfərlərini əvvəlcədən planlaşdıran sərnişinlər arasında populyarlığını qoruyur. Yaz tətili dövründə mülayim havası və zəngin turistik imkanları ilə seçilən Tel-Əviv də ən çox üstünlük verilən şəhərlər sırasındadır.
Türkiyə: istənilən səyahət planına uyğun istiqamətlər
Mart tətili dövründə Türkiyə AZAL-ın marşrut şəbəkəsində mühüm yer tutur. İstanbul yüksək uçuş tezliyi ilə ən çox seçilən istiqamətlərdən biridir. Bununla yanaşı, sərnişinlər Ankara, İzmir, Antalya və Trabzona da səfər edə bilərlər. Bu şəhərlər həm işgüzar səfərlər, həm də mədəni və istirahət məqsədli səyahətlər üçün əlverişlidir.
Avropa: yaz şəhərlərini sevənlər üçün
AZAL-ın yaz uçuş cədvəlində Praqa, Vyana, Milan, Barselona, Berlin, Paris və London istiqamətləri də yer alır. Bu şəhərlər daha çox tarixi-mədəni səfərlərə üstünlük verən və səyahətlərini əvvəlcədən planlaşdıran sərnişinlərin seçimidir. Praqa və Vyanaya əlavə reyslərin təyin olunması isə bayram dövründə uçuş proqramını daha da genişləndirir.
Mərkəzi Asiya: bayram ab-havasında səyahət
Yaz bayramları Mərkəzi Asiyaya səfərlər üçün xüsusilə münasib vaxt sayılır. Bu regionda Novruz və Ramazan dərin mədəni ənənələrlə bağlıdır. AZAL-ın Daşkənd, Səmərqənd, Ürgənc, Düşənbə və Bişkek istiqamətləri sərnişinlərə tarixi şəhərlər və zəngin mədəni irslə yaxından tanış olmağa şərait yaradır.
Şərqi Asiyaya səyahət
Bayram dövründə səyahət planlayan sərnişinlər üçün AZAL-ın Pekin şəhərinə reysləri mövcuddur. Bu istiqamət Çinin zəngin tarixi və Şərqi Asiyanın müasir ab-havası ilə tanışlıq üçün cəlbedici seçimdir.
Əlavə uçuşlar və ən çox tələbat olan istiqamətlər
Çindən bağlamaların Azərbaycana göndərişində müvəqqəti fasilələr v
Aparıcı və prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında etdiy
13 fevral tarixində ən böyük IT şirkətlərinin səhmlərində kəskin eni�
Türkiyənin Antalya vilayətinin 7 rayonunda sel təhlükəsinə görə məktə
Naxçıvan Dövlət Universitetinin tələbəsi Elif Gəray qızı Sadiqli vəfa
Həbrçilərin pensiyalarının hesablanma qaydası qanunda öz əksini tapıb.
Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən "Göyərçin" abid
"Şərq-Qərb" ASC fəaliyyətini davam etdirir.
Son.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliye
KİV-də deputat Günay Ağamalı qəza törətməsi ilə bağlı xəbərlər ya
Suriyada terroru maliyyələşdirmədə təqsirləndirilən Əbdülsaməd Atayev
Dünən İsmayıllı seysmoloji stansiyasından 17 kilometr şimal-qərbdə - İ
