DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində ötən ilin yekunları və 2026cı ilin hədəflərinə dair mətbuat konfransı keçirilib


Digərləri 29 Yan 2026 15:52:00 79 0

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində ötən ilin yekunları və 2026cı ilin hədəflərinə dair mətbuat konfransı keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi, sosial reablitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində ötən il görülmüş işlər və 2026-cı ilin hədəflərinə həsr olunmuş mətbuat konfransı təşkil edilib.

Mərkəzin direktoru Elnarə Ənsari bildirib ki, ölkəmizdə həyata keçirilən sosial siyasətin əsasında Azərbaycan vətəndaşı dayanır və əhalinin sosial təminatının gücləndirilməsi, maddi rifahının yaxşılaşdırılması məqsədilə mühüm addımlar atılır. Mərkəzin fəaliyyəti inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin formalaşdırılması istiqamətində aparılan davamlı işlərin uğurlu nəticələrindən biridir.

Qeyd olunub ki, Mərkəz 2021-ci ildən fəaliyyət göstərir və açılışında cənab Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva  iştirak ediblər.

Mərkəz Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb və həssas qruplardan olan şəxslərin bacarıqlarının üzə çıxarılması, inkişaf etdirilməsi, tanıdılması və onların məşğulluq imkanlarının artırılması məqsədi daşıyır.

Hazırda Mərkəz və onun filiallarında benefisiar sayı 292 nəfərdir. Onlardan 175  nəfər Mərkəzdə, 71 nəfər Qarabağ "DOST Evi " şöbəsində, 46 nəfər isə İsmayıllı "DOST Evi" filialında xidmətlərdən yararlanır. Ötən il təlimləri uğurla tamamlayan 166 nəfərə sertifikat təqdim edilib.

Media nümayəndələrinə Mərkəzdə hazırlanan əl işlərinin satışını həyata keçirəcək dostart.az portalının təqdimatı olub. Bildirilib ki, Cənab Prezident İlham Əliyevin imzaladığı qanunvericilik aktlarına əsasən, Mərkəzin benefisiarları olan əlilliyi olan şəxslərin əl işlərinin həmin platforma üzərindən satışı zamanı "vergi güzəşti" tətbiq ediləcək. Belə ki, onların gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı tutulmaması, yalnız ödəmə mənbəyində 2 faiz verginin tutulması nəzərdə tutulur.

Həmin  platforma vasitəsilə həssas qruplardan olan şəxslərin hazırladıqları əl işləri vahid onlayn platforma üzərindən daha geniş auditoriyaya çatdırılacaq. Bu isə onların özünüməşğulluq bacarıqlarının inkişafına və cəmiyyətin iqtisadi həyatında fəal iştirakına real imkan yaradacaq.

Hazırda portala 250-yə yaxın əl işi yerləşdirilib və Azərbaycan, rus və ingilis dillərində məlumatlar daxil edilib. Pilot layihəyə həmçinin xüsusi "Müyəssərlik menyusu" quraşdırılıb ki, bu da görmə məhdudiyyətli və disleksiyadan əziyyət çəkən şəxslər üçün istifadəni asanlaşdırır.

Pilot layihənin 1 il müddətində nəzərdə tutulduğu, gələcəkdə bu platformanın əhatə dairəsinin genişləndirilməsi, ölkə üzrə həssas qruplardan olan digər şəxslərin də bura cəlb olunmasının planlaşdırıldığı vurğulanıb.

Layihənin dizayn və proqram təminatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinə, texniki dəstək və ödəniş həllərinin icrası isə "CIBPAY" MMC və "CIB BUSINESS" MMC-yə məxsusdur.

Konfransda həmçinin Mərkəzin ölkə daxilində və beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işlər və 2026-cı ilin hədəfləri barədə məlumat verilib, media nümayəndələrinin sualları cavablandırılıb.

BakıŞamaxı yolunda yarışa çıxan sürücülər saxlanıldı like
  • 29 Yan 15:48  
Digərləri BakıŞamaxı yolunda yarışa çıxan sürücülər saxlanıldı

Yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasına dair sosial şəbə

arrow Ətraflı
Belə əsərlər yazmaq həm vacibdir, həm də ağır. Yunus Oğuz bu yolları gözəl keçir... like
  • 29 Yan 15:44  
Digərləri Belə əsərlər yazmaq həm vacibdir, həm də ağır. Yunus Oğuz bu yolları gözəl keçir...

Əslində  kitab  təqdimatına yığışmışdılar. Yazıçı-publisist, tar

arrow Ətraflı
"Teymur Əmrahın ağlı olsaydı, 200 evi vardı" like
  • 29 Yan 15:41  
Şou-biznes "Teymur Əmrahın ağlı olsaydı, 200 evi vardı"

Aşıq Namiq Fərhadoğlu açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
18 yaşlı Aydənin öldüyü qəza belə olubmuş... like
  • 29 Yan 15:27  
Digərləri 18 yaşlı Aydənin öldüyü qəza belə olubmuş...

Xəbər verdiyimiz kimi, dünən gecə Gürcüstanın Qardabani rayonunda baş

arrow Ətraflı
Bu küçələrdə yol yenidən təşkil ediləcək like
  • 29 Yan 15:26  
Digərləri Bu küçələrdə yol yenidən təşkil ediləcək

"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun

arrow Ətraflı
14 Fevral üçün restoran QİYMƏTLƏRİ  Toydan baha başa gəlir like
  • 29 Yan 15:15  
Digərləri 14 Fevral üçün restoran QİYMƏTLƏRİ Toydan baha başa gəlir

Bakıda əksər restoranlar 14 fevral - Sevgililər Günü üçün xüsusi proqr

arrow Ətraflı
Yaponiyada ABŞ bazasından qalxan təyyarələrə görə sakinlərə milyonlarla pul ödəniləcək like
  • 29 Yan 15:08  
Dünya Yaponiyada ABŞ bazasından qalxan təyyarələrə görə sakinlərə milyonlarla pul ödəniləcək

Yaponiyada məhkəmə ölkə hökumətini ABŞ Hərbi Hava Qüvvələrinin eynia

arrow Ətraflı
"Komedixana" aktyorları ilə Əməkdar artistin rəqsi GÜNDƏM OLDU like
  • 29 Yan 14:54  
Şou-biznes "Komedixana" aktyorları ilə Əməkdar artistin rəqsi GÜNDƏM OLDU

"Komedixana"nın aktyorları ilə Əməkdar artistin birgə rəqsi sos

arrow Ətraflı
“Qardaşım ölməyib, sağdır” like
  • 29 Yan 14:36  
Digərləri “Qardaşım ölməyib, sağdır”

Daşkəsən rayonunun sabiq icra başçısı, keçmiş deputat Əhəd Abıyevə

arrow Ətraflı
Bakıdan Sumqayıta taksi ilə getmək mümkün olmayacaq like
  • 29 Yan 14:33  
Digərləri Bakıdan Sumqayıta taksi ilə getmək mümkün olmayacaq

Azərbaycanda taksilərin fəaliyyətinə buraxılış kartında müəyyən edil

arrow Ətraflı
Rusiya Ukraynaya 1000 hərbçinin meyitini təhvil verib like
  • 29 Yan 14:23  
Dünya Rusiya Ukraynaya 1000 hərbçinin meyitini təhvil verib

Bu il ilk dəfə Rusiya və Ukrayna arasında meyit mübadiləsi həyata keçiri

arrow Ətraflı
Ruslan Eyyubov ev dustaqlığına buraxılmadı like
  • 29 Yan 14:16  
Kriminal Ruslan Eyyubov ev dustaqlığına buraxılmadı

5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı həbs edilən tan

arrow Ətraflı
Rəqsanə efirdə ağladı: "Məndən nə istəyirsiniz?" like
  • 29 Yan 14:12  
Şou-biznes Rəqsanə efirdə ağladı: "Məndən nə istəyirsiniz?"

Rəqsanə İsmayılova efirdə göz yaşı töküb.

arrow Ətraflı
Pensiya yaşı 43ə endirilə bilər?  AÇIQLAMA like
  • 29 Yan 14:11  
Digərləri Pensiya yaşı 43ə endirilə bilər? AÇIQLAMA

Rusiya Dövlət Dumasının bir qrup deputatı orduda və təhlükəsizlik qüvv

arrow Ətraflı