"Düşündüm ki, gecə məni o soyundurub" qadının dəhşətli CİNAYƏTİ
Kriminal 29 Yan 2026 14:27:00 57 0
CİNAYƏT İŞİ
Bu xəbəri də oxu: Maştağadakı qətlin TƏFƏRRÜATI: Qadının əri də çoxsaylı bıçaq zərbələri ilə öldürülübmüş
Qısa arayış...
2024-cü il iyulun 3-də Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində bıçaqlanma hadisəsi olur. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları əraziyə yollanır. Məlum olur ki, cinayət Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, 71 ünvanında yerləşən fərdi evdə baş verib. Hadisə evlərin arasında quraşdırılmış müşahidə kamera vasitəsi ilə qeydə alınıb. Sabunçu Tibb Mərkəzinə çatdırılan Fərid Hüseynzadənin həyatı xilas olunub. Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 9-da cinayəti törədən Qazax rayon sakini 2006-cı il təvəllüdlü Səbinə Vəliyeva saxlanılıb.
Son.az xəbər verir ki, Lent.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib. İstintaqla müəyyən edilib ki, iyulun 3-ü səhər saat 7 radələrində Səbinə Vəliyeva Qaraçuxur qəsəbəsində yerləşən fərdi evdə lüt vəziyyətdə yuxudan oyananda, əynindəki alt paltarının onunla birgə kirayədə qalan tanışı Fərid Hüseynzadə tərəfindən çıxarıldığını güman edib və bundan əsəbiləşərək, onu cəzalandırmaq qərarına gəlib. Şkafın üzərindən açılıb-qatlanan bıçağı götürüb həmin vaxt yatmış Fərid Hüseynzadənin ürək nahiyəsinə 2 dəfə zərbə endirib. Yuxudan oyanan Fərid aktiv müqavimət göstərib, onu özündən kənara itələyəndə, Səbinə Vəliyeva otaqdakı masada olan mətbəx bıçağını digər əlinə götürüb, yenidən onun üzərinə gedib. Fərid Hüseynzadənin qışqırıq səsini eşidən qonşusu İsmayıl Feyzullayev otağın qapısını döyüb onu çağıranda tanışı yaralı halda fürsət taparaq, çölə qaçıb. Vaxtında xəstəxanaya çatdırılıb, tibbi yardım göstərilməklə zərərçəkmişin həyatı xilas olunduğunub.
Məhkəmə iclasında Səbinə Vəliyeva elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Bildirib ki, 18 yaşı var. Kollecdə təlim-təşkilatçılıq ixtisası üzrə oxuyub:
"Əvvəllər valideyinlərmlə Əhmədli qəsəbəsində kirayə yaşayırdım. Bir neçə ay əvvəl atamla mübahisə etdiyim üçün, evdən getdim və müxtəlif ünvanlarda qaldım. Evdən gedəndən sonra anamla əlaqə saxlayırdım. Mağazada, sonra isə kafedə işləyirdim. Yaşamağa yerim olmadığı üçün iyun ayında mağazada işləyən Tural adlı şəxs kirayə ev tapana qədər Fərid adlı tanışının yanında qala biləcəyimi söylədi. Razılaşdım. Eyni otaqda yatırdıq. İyulun 2-də tanışım İlham Orucovla Yeni Günəşli qəsəbəsində yerləşən kafedə yeyib-içəndən sonra evə gəldim. Həmin gecə Fərid də sərxoş halda evə gələrək, mənimlə cinsi əlaqədə olmaq istədiyini bildirdi. Buna etiraz edib dedim ki, səhər açılana qədər evdə qalacam və sonra birdəfəlik çıxıb gedəcəm. Bu zəmində aramızda mübahisə baş verdi. Fərid ünvanıma çox ağır söyüşlər söyərək, məni alçaltdı. Dəfələrlə ona danışığına fikir verməsini bildirdim. Ayın 3-ü saat 6-da yuxudan oyananda alt paltarımın əynimdə olmadığını gördüm və Fəridin bu hərəkətindən qəzəbləndim. Onu öldürmək qərarına gəldim. Masanın üzərindən götürdüyüm bıçağı boğazına sancmaq istəyirdim. Lakin yuxulu vəziyyətdə olan Fəridin bir qədər tərpəndiyini görüb dərhal sinəsinə ardıcıl zərbələr endirdim. Fərid qışqıraraq, qapını açıb həyətə qaçdı. Arxasınca bayıra çıxanda, qonşular gördü. Buna görə onu təqib etməyərək, içəri keçdim. Sonra əlimdəki bıçağı yerə ataraq, hadisə yerindən qaçdım. Həmin şəxsi öldürmək məqsədim yox idi".
Məhkəmədə elan olunmuş Səbinə Vəliyevanın ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünüb ki, hadisə vaxtı istifadə etdiyi bıçaq onun özünə məxsus olub. Hadisə vaxtı Fərid yatmış vəziyyətdə olmayıb. Otaq qaranlıq olduğundan onun hansı nahiyyələrinə bıçaqla zərbələr vurduğunu xatırlamır. Hadisədən sonra taksi ilə əvvəl Günəşli, sonra isə Əhmədli qəsəbəsinə gedib. Bıçağı dənizə atıb. Fəridlə intim əlaqədə olmayıb. Zərərçəkmiş Fərid Hüseynzadə ifadəsində göstərib ki, usta işləyib. Səbinə Vəliyeva ilə bir evdə təxminən 20 gün yaşayıb:
"Bir neçə dəfə qızın razılığı ilə cinsi əlaqədə olmuşuq. Sevgili deyildik, hər birimiz sərbəst öz həyatımızı yaşayırdıq. Mən başqa qızlarla görüşürdüm, Səbinə də səhər çıxıb gecə qayıdırdı. Bəzən evə gəlmirdi. İyulun 2-də dostlarımla Qaraçuxur qəsəbəsində pivə içdim, gecə saat 1 radələrində evə gəldim. Təxminən yarım saatdan sonra Səbinə də sərxoş halda evə qayıtdı. Onun harda içki içdiyini soruşmadım. Ayaq üstə güclə dayanaraq, yanımda əynində olan paltarlarını çıxarırdı. Ürəyi bulandığından hamama keçdi. Kömək etmək məqsədi ilə arxasınca gedib üzünə su vurdum. Onu danlayanda, Səbinə acıqlanaraq, məni təhqir etdi.
Bir qədər mübahisə etdik. Saat 2 radələrində Səbinə yatdı, mən isə saat 6-ya kimi telefonda oyun oynadım. Ağrı hiss edib oyananda sinəmdən təzyiqlə axan qanı və Səbinənin əlində bıçaqla başımın üstündə dayandığını gördüm. Zərbələrin təsirindən oyanıb qızı itələyəndə, o, masanın üzərindən ikinci bıçağı da götürərək, yenə məni vurmaq istədi. Eyni həyətdə kirayədə qalan İsmayıl adlı şəxs səsə çıxıb qapımızı döyərək, nə baş verdiyini soruşdu. Güc toplayıb çölə qaçaraq, həmin oğlanın qaldığı otağa girdim. İsmayıl Təcili Tibbi yardıma və polisə məlumat verdi. Sonra məni xəstəxanaya apardılar".
Bu il ilk dəfə Rusiya və Ukrayna arasında meyit mübadiləsi həyata keçiri
5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı həbs edilən tan
Rəqsanə İsmayılova efirdə göz yaşı töküb.
Rusiya Dövlət Dumasının bir qrup deputatı orduda və təhlükəsizlik qüvv
Bu gün növbəti köç karvanı ilə Məmmədbəyli kəndinə çatan ailələr�
Şəmkirdə 13 yaşlı qızla nişanlanan 1994-cü il təvəllüdlü diş həkim
Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi layihəsi ç
Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 2026-cı il yanvar ayını
Müdafiə Nazirliyinin istirahət evinin rəisi İlham Haqverdiyevin cinayət i
Tacir Şahmalıoğlu özü kimi müğənni olan oğlu Şahmalı ilə birlikdə e
Yasamalda mənzillərin giriş qapılarını yoxlayaraq açıq evlərdən birin�
"Ötən ilin ortalarından etibarən "pensiyaçılara şad xəbər&quo
Yanvarın 30-da gözlənilən hava şəraiti açıqlanıb.
