Pensiyalar bu qədər artacaq Rəqəmlər AÇIQLANDI
Digərləri 29 Yan 2026 12:25:00 72 0
"Ötən ilin ortalarından etibarən "pensiyaçılara şad xəbər" başlıqları ilə yayılan məlumatlara baxmayaraq, qanunvericiliyə əsasən əmək pensiyaları ildə yalnız bir dəfə - növbəti ilin əvvəlində indeksləşdirilir. Bu proses "Əmək pensiyaları haqqında" Qanunun tələblərinə uyğun olaraq həyata keçirilir və vətəndaşların qanuni haqqıdır".
Bu xəbəri də oxu: Məmmədbəyli kəndinə qayıdan ailələrə evlərinin açarları təqdim edilib
Son.az xəbər verir ki, bunu deputat Əli Məsimli öz sosial media hesabında yazıb:
"2026-cı il üzrə pensiya artımları ilə bağlı Prezident sərəncamının fevral ayının birinci ongünlüyündə imzalanması gözlənilir. Pensiyaların artımı Dövlət Statistika Komitəsinin elan etdiyi 2025-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun aparılacaq".
Deputatın sözlərinə görə, Dövlət Statistika Komitəsinin ilkin məlumatlarına əsasən, 2025-ci ilin yanvar-noyabr aylarında orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz artıb. Rəsmi açıqlamalarda isə artım tempinin 9-9,2 faiz civarında olacağı ehtimal edilir. Dəqiq göstərici fevral ayının əvvəlində açıqlanacaq.
Ə.Məsimli qeyd edib ki, indeksləşdirmədən sonra median pensiya səviyyəsində - təxminən 360 manat pensiya alanların aylıq pensiyası 393 manata, orta pensiya səviyyəsində - 543 manat pensiya alanların pensiyası isə təxminən 593 manata yüksələ bilər.
Deputat vurğulayıb ki, pensiya artımları əmək pensiyalarının bütün növlərinə - yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiya alanlara şamil ediləcək və bu artımlar 1,1 milyon pensiyaçını əhatə edəcək.
Yanvarın 30-da gözlənilən hava şəraiti açıqlanıb.
Aşıq Zülfiyyə müğənni Rəvan Qarayevin "Günə Uğurla" verili�
Dövlət Sərhəd Xidmətində (DSX) yüksək vəzifələrə yeni təyinatlar ol
Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar Z�
Özbaşına tikilərin sənədləşdirilməsinə qanunla qadağalar var.
Rusiyada Boloniya təhsil sistemi ləğv olunacaq.
Doktoranturada təhsil alanlara hərbi xidmətdən möhlət verilir.
Hindistanda yeni yayılan ölümcül Nipah virusuna yoluxmanın simptomları aç
Müğənni Mənzurə Musayeva maraqlı açıqlama verib.
Uzun müddət Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini
Alimlər Qiyamət Saatını gecə yarısından 85 saniyə əvvəl göstərəcək
Xəbər verdiyimiz kimi, tanınmış aparıcı Nanə Ağamalıyeva Xalq artisti
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının Türkiyədə yeri mü
Həbsdə olan Şəmşad Ağanın (Ağayevin) anasının dəfn mərasimində iş
