Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verilib
Digərləri 29 Yan 2026 10:31:00 82 0
Həbsdə olan Şəmşad Ağanın (Ağayevin) anasının dəfn mərasimində iştirakı etməsi ilə bağlı məhkəməyə daxil olan təqdimata baxılıb.
Bu xəbəri də oxu: Məşhurluğun QURBANLARI: ölümündən sonra gündəmə gələn bloqerlər
Son.az bildirir ki, vəkil Cavad Cavadlının APA-ya verdiyi xəbərə görə, təqdimata Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb və qərar qəbul edilib.
Məhkəmə təqdimatı təmin edib, Şəmşad Ağanın dəfn mərasimində iştirak etməsinə icazə verilib.
Qeyd edək ki, Şəmşad Ağanın anası dünən vəfat edib.
Xatırladaq ki, 2024-cü ilin dekabr ayında Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova saxlanılıb. Onların barəsində həbs-qətimkan tədbiri seçilib.
Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bu ilin fevral ayında iş üzrə "Arqument.az" saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalistlər Fatimə Mövlamlı və Nurlan Qəhrəmanlı (Libre) həbs olunub.
Mart ayında Jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində həbs qətimkan seçilib.
Avqust ayında isə foto-müxbir Əhməd Muxtar həbs edilib.
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində "Meydan TV" işi üzrə cinayət işinə baxılır.
Son.az xəbər verir ki, sahibkarlar bildiriblər ki, illərdir ki, bu tendensiy
Naxçıvan Muxtar Respublikasının ölkənin əsas elektrik enerji sistemi ilə
Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavi
Əmək Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, işçi hərbi və ya al
LANDAU School və "Leznik & Co." tədris mərkəzinin birgə layihəsi
Kolumbiyada Satena dövlət aviaşirkətinə məxsus, 13 sərnişin və 2 heyət
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
"Kanal D"də yayımlanan uzunömürlü "Arka Sokaklar" seria
2026-cı ilin 28 yanvar tarixində Azərbaycan, Türkiyə və Qazaxıstanın Mek
"Rəngarəng" verilişində müğənni Əlikram Bayramovun həmkarı M
Ağstafa Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Hüseyn Əzizoğ
Məişətdə istifadə etdiyimiz bir çox elektron cihazı söndürdüyümüzü
Hər kəs hər gecə bir neçə yuxu görür, lakin insanların böyük bir hiss
İsveçrə Alp dağlarının altından keçən və 57 kilometr uzunluğu ilə d�
