“911 Hazırlıq Məktəbi”nə 2026/2027 tədris ili üzrə qəbul başladı
Digərləri 29 Yan 2026 10:05:00 62 0
LANDAU School və "Leznik & Co." tədris mərkəzinin birgə layihəsi olan "9-11 Hazırlıq Məktəbi" 2026/2027 tədris ili üzrə qəbulun başladığını elan edir!
Bu xəbəri də oxu: Şəhid atası vəfat etdi
"9-11 Hazırlıq Məktəbi" kurs əsaslı məktəb modeli ilə seçilir. Hazırda 750-dən çox şagirdin təhsil aldığı bu sistem nəticəyönümlü və effektiv metodika üzərində qurulub. Burada şagirdlər buraxılış, qəbul üzrə blok fənləri və xarici universitetlərə qəbul üzrə hazırlığı ayrı-ayrı ünvanlarda deyil, vahid tədris məkanında alırlar. Hazırlıq Azərbaycan və rus bölmələri üzrə təşkil olunur, eləcə də beynəlxalq proqramların (IELTS, TOEFL, SAT,) tələbinə uyğun olaraq müəyyən dərslər ingilis dilində həyata keçirilir.
Bu model şagirdi sadəcə imtahana hazırlamır, həmçinin konkret hədəfə yönəldir. Məhz bu yanaşma sayəsində "9-11 Hazırlıq Məktəbi" valideynlərin etibar etdiyi, şagirdlərin isə real akademik irəliləyiş əldə etdiyi bir tədris sisteminə çevrilib.
SAT, IELTS, AP, İngiltərə, Almaniya, Türkiyə və Çin istiqamətli proqramlar
Artıq yeni tədris ilindən etibarən proqram xətti beynəlxalq universitetlərin qəbul tələblərinə uyğun şəkildə tam yenilənmiş və gücləndirilmişdir.
2026/2027 tədris ilində təklif olunan yeni proqramlar aşağıdakı əsas istiqamətləri əhatə edir:
• Beynəlxalq qəbul üçün SAT və IELTS-in inteqrasiya olunduğu akademik proqramlar;
• Mühəndislik və biznes istiqamətləri üzrə AP (Advanced Placement) əsaslı hazırlıq;
• İngiltərəyə qəbul üçün NCUK International Foundation Year (IFY) proqramları;
• Almaniya universitetləri üçün German Math və TestDaF tədrisinə əsaslanan Studienkolleg - ə (hazırlıq ilinə) qəbula hədəflənmiş proqramlar;
• Türkiyənin aparıcı dövlət universitetlərinə qəbul üçün YÖS + TÖMER xətti;
• Çin universitetlərini hədəf götürən şagirdlər üçün mərkəzləşdirilmiş CSCA proqramına hazırlıq;
• 11-ci sinif şagirdləri üçün PreUniversity - qəbulöncəsi hazırlıq mərhələsi.
Nəticələrlə təsdiqlənən sistem
Bu gün "9-11 Hazırlıq Məktəbi"ndə:
• 750+ şagird təhsil alır;
• 100% universitetə qəbul göstəricisi əldə olunub;
• IELTS: 7.5+, SAT: 1350+, Buraxılış imtahanı: 200+ bal;
• 9-cu sinif üzrə 20-dən çox qırmızı attestat nəticəsi qeydə alınıb.
"9-11 Hazırlıq Məktəbi"nin üstünlükləri:
• Buraxılış imtahanı, yerli və xarici universitetlərin qəbul proqramlarına hazırlıq - vahid məkanda;
• Gündəlik 4 saatlıq dərs rejimi - vaxtın effektiv idarə olunması;
• Təhsil haqqının aylıq ödəniş imkanı;
• LANDAU School attestatı;
• LANDAU School-un Baş Akademik Direktoru Emil Leznik tərəfindən hazırlanmış xüsusi SAT metodikası;
Kolumbiyada Satena dövlət aviaşirkətinə məxsus, 13 sərnişin və 2 heyət
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
"Kanal D"də yayımlanan uzunömürlü "Arka Sokaklar" seria
2026-cı ilin 28 yanvar tarixində Azərbaycan, Türkiyə və Qazaxıstanın Mek
"Rəngarəng" verilişində müğənni Əlikram Bayramovun həmkarı M
Ağstafa Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Hüseyn Əzizoğ
Məişətdə istifadə etdiyimiz bir çox elektron cihazı söndürdüyümüzü
Hər kəs hər gecə bir neçə yuxu görür, lakin insanların böyük bir hiss
İsveçrə Alp dağlarının altından keçən və 57 kilometr uzunluğu ilə d�
Göbələk sote hazırlayarkən ən çox rast gəlinən problem göbələklərin
Yemək bişirərkən bəzən ocaqlarda yağ ləkələri kimi qalıcı izlərin y
İmişli sakini bədbəxt hadisənin qurbanı olub.
Qış aylarında çimdikdən dərhal sonra yaş saçla çölə çıxmaq saç və
