Duru yağ BAHALAŞDI
Digərləri 29 Yan 2026 14:00:00 59 0
Azərbaycanda duru yağlar bahalaşıb. Qiymət artımı daha çox Türkiyə istehsalı olan yağlardan müşahidə edilir.
Bu xəbəri də oxu: Küncütlü, qozlu peçenye resepti
Son.az xəbər verir ki, sakinlərin sözlərinə görə, əvvəl 5-6 manata aldıqları məhsul indi 8 manatdır.
Azərbaycanda satılan duru yağların 10-15 faizi yerli xammaldan hazırlanır.
Ekspert Natiq Cəfərli bildirib ki, daxili istehsalın zəif olması və xaricdən asılılıq qiymət artımına təsir edən amillərdəndir:
"Türkiyədə bahalaşma yüksək səviyyədədir, orda qiymətlər artdıqca daxili bazar artdıqca təbii ki ixracda da onlar qiyməti artırırlar. İkincisi Türkiyənin özündə də istehsalının bir qismi Ukrayna ilə bağlı idi. Yəni onlar birgə müəssələri fəaliyyət göstərir. Ukraynadan aldıqları günəbaxan və qarğıdalı yağının Türkiyədə qablaşdırılaraq ya da təmizlənərək dünya bazarına çıxarırlar. Ukraynadakı vəziyyətlə bağlı duru yağın dünya bazarına çıxarılması ilə bağlı bir çox problemlər var. Ona görə də həcm olaraq azalıb. Həcm azalanda təbii ki qiymətlər qalxır".
Ekspert qeyd edir ki, müəyyən tədbirlər nəticəsində daxili istehsal arta, idxaldan asılılıq azalarsa, qiymətlər stabillləşə bilər.
Aysel Əkbər Son.az
Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi layihəsi ç
Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 2026-cı il yanvar ayını
Müdafiə Nazirliyinin istirahət evinin rəisi İlham Haqverdiyevin cinayət i
Tacir Şahmalıoğlu özü kimi müğənni olan oğlu Şahmalı ilə birlikdə e
Yasamalda mənzillərin giriş qapılarını yoxlayaraq açıq evlərdən birin�
"Ötən ilin ortalarından etibarən "pensiyaçılara şad xəbər&quo
Yanvarın 30-da gözlənilən hava şəraiti açıqlanıb.
Aşıq Zülfiyyə müğənni Rəvan Qarayevin "Günə Uğurla" verili�
Dövlət Sərhəd Xidmətində (DSX) yüksək vəzifələrə yeni təyinatlar ol
Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar Z�
Özbaşına tikilərin sənədləşdirilməsinə qanunla qadağalar var.
Rusiyada Boloniya təhsil sistemi ləğv olunacaq.
Doktoranturada təhsil alanlara hərbi xidmətdən möhlət verilir.
Hindistanda yeni yayılan ölümcül Nipah virusuna yoluxmanın simptomları aç
