Bu küçələrdə yol yenidən təşkil ediləcək
Digərləri 29 Yan 2026 15:26:00 82 0
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində nəzərdə tutulan tədbirlərə uyğun olaraq növbəti layihə icra edilir. Belə ki, proqramda paytaxtın şimal girişi sayılan və böyük önəm kəsb edən həm Tbilisi, həm də Moskva prospektləri üzrə bir neçə ərazidə işlərin icrası nəzərdə tutulub. Artıq "Şamaxinka" adlanan ərazidə və Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində layihələr icra olunur.
Bu xəbəri də oxu: Qazaxıstandan Azərbaycana sənəd üçün gəlmişdi, faciəli şəkildə öldü
Son.az xəbər verir ki, növbəti mərhələdə Tbilisi prospektinin daha bir problemli hissəsində "Rəqəmsal əkiz" vasitəsilə təhlillər aparılıb və həllər təklif olunub. Prospektin Həsən Əliyev və Şəfayət Mehdiyev küçələri ilə kəsişməsində mövcud hərəkətin təşkilindəki bəzi çatışmazlıqlar günün pik saatlarında ciddi sıxlığa səbəb olur. Xüsusilə, icra edilən sola dönmə manevrləri arxadan gələn nəqliyyat axınlarını ləngidir, hərəkətin ritmini pozur və qəza risklərini artırır. Eyni zamanda, burada piyada hərəkətinin təhlükəsizliyi və rahatlığı tam təmin olunmur.
Bu problemlərin köklü həlli məqsədilə həmin ərazidə yol infrastrukturunda dəyişikliklər icra ediləcək. Belə ki, sola dönən nəqliyyat vasitələri üçün axından izolyasiya edilmiş, xüsusi "cib" tipli zolaqlar təşkil olunacaq. Bu yanaşma sayəsində dönmə əməliyyatı edən sürücülər ümumi axından ayrılacaq, düzünə hərəkət edən nəqliyyat vasitələri isə maneəsiz və sürətli şəkildə yollarına davam edə biləcəklər. Bundan əlavə, Tbilisi prospekti və Həsən Əliyev küçəsinin kəsişməsində hərəkət intensivliyinin yüksək olması və axınların qeyri-bərabərliyi nəzərə alınaraq, burada nizamlanmayan prioritetli hərəkət qaydası ləğv edilir. Əvəzində kəsişmədəki münaqişəli nöqtələri minimuma endirmək və hərəkət növbəliliyini təmin etmək üçün yeni işıqforlar quraşdırılacaq. Bu, kəsişmənin buraxıcılıq qabiliyyətini artırmaqla yanaşı, təhlükəsizliyi də maksimum səviyyəyə çatdıracaq.
Paralel olaraq, piyadaların rahatlığı vəəlçatanlığı üçün nizamlanan piyada keçidləri təşkil olunacaq və səkilər yenilənəcək.
Bakıda əksər restoranlar 14 fevral - Sevgililər Günü üçün xüsusi proqr
Yaponiyada məhkəmə ölkə hökumətini ABŞ Hərbi Hava Qüvvələrinin eynia
"Komedixana"nın aktyorları ilə Əməkdar artistin birgə rəqsi sos
Daşkəsən rayonunun sabiq icra başçısı, keçmiş deputat Əhəd Abıyevə
Azərbaycanda taksilərin fəaliyyətinə buraxılış kartında müəyyən edil
Bu il ilk dəfə Rusiya və Ukrayna arasında meyit mübadiləsi həyata keçiri
5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı həbs edilən tan
Rəqsanə İsmayılova efirdə göz yaşı töküb.
Rusiya Dövlət Dumasının bir qrup deputatı orduda və təhlükəsizlik qüvv
Bu gün növbəti köç karvanı ilə Məmmədbəyli kəndinə çatan ailələr�
Şəmkirdə 13 yaşlı qızla nişanlanan 1994-cü il təvəllüdlü diş həkim
Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi layihəsi ç
Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 2026-cı il yanvar ayını
