Bakıdan Sumqayıta taksi ilə getmək mümkün olmayacaq
Digərləri 29 Yan 2026 14:33:00 89 0
Azərbaycanda taksilərin fəaliyyətinə buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları daxilində icazə veriləcək.
Bu xəbəri də oxu: Duru yağ BAHALAŞDI
Son.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bir qrup sürücü bununla bağlı onlara bildirişlər göndərildiyini deyiblər.
Onlar söyləyib ki, bildirişdə sürücülərə müvafiq qanunvericiliyin tələbləri xatırladılıb. Məhz bu qanunun tələblərindən irəli gələrək qeyd edilib ki, Sumqayıt və ya Bakı ərazisində sifarişləri yalnız bu şəhərdə qüvvədə olan buraxılış kartı ilə yerinə yetirmək mümkündür.
Beləliklə, Sumqayıt üçün buraxılış kartı olmayan maşınlar üçün bu şəhərdə, Bakı üçün buraxılış kartı olmayan maşınlar üçün isə paytaxtda sifarişlər məhdudlaşdırılır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanunun 20.2-ci maddəsinə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımaları buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları daxilində hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilir.
Bu il ilk dəfə Rusiya və Ukrayna arasında meyit mübadiləsi həyata keçiri
5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı həbs edilən tan
Rəqsanə İsmayılova efirdə göz yaşı töküb.
Rusiya Dövlət Dumasının bir qrup deputatı orduda və təhlükəsizlik qüvv
Bu gün növbəti köç karvanı ilə Məmmədbəyli kəndinə çatan ailələr�
Şəmkirdə 13 yaşlı qızla nişanlanan 1994-cü il təvəllüdlü diş həkim
Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi layihəsi ç
Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 2026-cı il yanvar ayını
Müdafiə Nazirliyinin istirahət evinin rəisi İlham Haqverdiyevin cinayət i
Tacir Şahmalıoğlu özü kimi müğənni olan oğlu Şahmalı ilə birlikdə e
Yasamalda mənzillərin giriş qapılarını yoxlayaraq açıq evlərdən birin�
"Ötən ilin ortalarından etibarən "pensiyaçılara şad xəbər&quo
