Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək SƏRƏNCAM


Siyasət 28 Yan 2026 18:42:00 74 0

Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək  SƏRƏNCAM

Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək.

Son.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

"2026-cı ildə böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin 900 illiyi tamam olur.

Xaqani Şirvani Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qızıl dövrünün ümumbəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi nəhəng simalardandır. Zəmanəsinin ən müxtəlif elmlərini dərindən bilən və Şərqin çoxəsrlik mədəni ənənələri zəminində əzəmətlə yüksələn qüdrətli söz ustası şeiriyyətin zirvəsində dayanan sənət nümunələrindən ibarət zəngin bir irs qoyub getmişdir. Ədalətə çağırış, mübarizə ruhu və şəxsiyyət azadlığı, mənəvi ucalıq, insan ləyaqəti və idrakın gücünə inam bu nadir irsin səciyyəvi cəhətləridir. Mütəfəkkir sənətkar ictimai-fəlsəfi və didaktik-əxlaqi düşüncələrdən yoğrulan, yüksək estetik dəyərə malik humanist məzmunlu əsərlərində sosial-tarixi hadisələri özünəməxsus bədiiliklə mənalandırmış və bunlardan ibrət almağı tövsiyə etmişdir. Xaqani yaradıcılığında parlaq lirik lövhələrlə ifadəsini tapan vətənpərvərlik motivləri şairin doğma yurda və onun gözəlliklərinə sonsuz sevgisinin dolğun poetik təzahürüdür. Əsrinin mədəni həyatı ilə heyrətamiz dərəcədə sıx bağlı olan Xaqani Şirvani klassik ədəbiyyata qazandırdığı yeniliklərlə bütövlükdə Yaxın və Orta Şərq xalqlarının ədəbi-fəlsəfi fikrinin inkişafına qüvvətli təsir göstərmişdir. Sonrakı yüzilliklərin ustad şairləri Xaqani dühasına həmişə ehtiramla yanaşmış, məktəb kimi ondan bəhrələnmişlər", - Sərəncamda qeyd olunub. Son.az 

Xalq rəssamının qızı həbs edildi like
  • 28 Yan 18:36  
Digərləri Xalq rəssamının qızı həbs edildi

Azərbaycanın Xalq rəssamı Qəyyur Yunusun qızı Nigar Yunus həbs olunub.

arrow Ətraflı
Tarix və mədəniyyət abidələrini qəsdən məhv etməyə görə cəzalar sərtləşdirilib like
  • 28 Yan 18:35  
Siyasət Tarix və mədəniyyət abidələrini qəsdən məhv etməyə görə cəzalar sərtləşdirilib

Azərbaycanda tarixi və mədəni sərvətləri qəsdən məhv etməyə görə c

arrow Ətraflı
Sevinc Soltanova vəzifəsindən azad edildi like
  • 28 Yan 18:34  
Digərləri Sevinc Soltanova vəzifəsindən azad edildi

Nərimanov Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.

arrow Ətraflı
Azərbaycanlı musiqiçi həbs olundu like
  • 28 Yan 18:31  
Digərləri Azərbaycanlı musiqiçi həbs olundu

Qobustan rayonunda saz və gitarada ifa edən musiqiçi Rauf Cəbrayılov inziba

arrow Ətraflı
5 əri olan qadın həbs olundu like
  • 28 Yan 18:30  
Dünya 5 əri olan qadın həbs olundu

Hindistanın Madhya-Pradeş ştatında Hasina adlı qadın çoxərlilik səbəbi

arrow Ətraflı
İcra başçısı təltif etdiyi müavinini işdən çıxardı like
  • 28 Yan 18:29  
Digərləri İcra başçısı təltif etdiyi müavinini işdən çıxardı

Xaçmaz Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavinlərindən biri v

arrow Ətraflı
Generalın oğlu keçmiş sevgilisindən üzr istədi like
  • 28 Yan 18:18  
Digərləri Generalın oğlu keçmiş sevgilisindən üzr istədi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sab

arrow Ətraflı
"Buna görə Aygün Kazımovanın ad gününə qatılmadım" like
  • 28 Yan 18:17  
Şou-biznes "Buna görə Aygün Kazımovanın ad gününə qatılmadım"

Müğənni Ayan Babakişiyeva Xalq artisti Aygün Kazımovanın ad gününə niy

arrow Ətraflı
Vergi güzəştləri tətbiq olunacaq like
  • 28 Yan 18:16  
Digərləri Vergi güzəştləri tətbiq olunacaq

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının ölkəmizdə keçirilm

arrow Ətraflı
"Heç vaxt müğənniyə ərə getmərəm" like
  • 28 Yan 17:45  
Şou-biznes "Heç vaxt müğənniyə ərə getmərəm"

Müğənni Vəfa Şərifova "Rəngarəng" verilişində qonaq olarkən

arrow Ətraflı
Gürcüstanda azərbaycanlı qız ÖLDÜ like
  • 28 Yan 17:42  
Digərləri Gürcüstanda azərbaycanlı qız ÖLDÜ

Gürcüstanda azərbaycanlı gənc yol qəzasında həlak olub.

arrow Ətraflı
Azad Məcidova hakim pensiyası verilmir like
  • 28 Yan 17:41  
Digərləri Azad Məcidova hakim pensiyası verilmir

Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən il təqaüdə göndərilən m

arrow Ətraflı
Magistratura pilləsi üzrə sınaq imtahanının nəticələri elan olundu like
  • 28 Yan 17:35  
Digərləri Magistratura pilləsi üzrə sınaq imtahanının nəticələri elan olundu

18 yanvar 2026-cı il tarixində keçirilmiş magistratura səviyyəsinə qəbul

arrow Ətraflı