Vergi güzəştləri tətbiq olunacaq
Digərləri 28 Yan 2026 18:16:00 71 0
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının ölkəmizdə keçirilməsi ilə əlaqədar vergi güzəştləri tətbiq olunacaq.
Bu xəbəri də oxu: Gürcüstanda azərbaycanlı gənclər SAXLANILDI
Son.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Məlum olduğu kimi, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərara alınıb. Bu məqsədlə 2023-cü il dekabrın 22-də "Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş" imzalanıb və qanunla təsdiq edilib.
WUF13-ün yüksək səviyyədə təşkilizərurətindən irəli gələrək, həmin tədbirlə əlaqədar qeyri-rezident şəxslərə bir sıra vergi azadolmalarının tətbiqi məqsədəuyğun hesab edilir.
Bu azadolmalara aşağıdakılar aiddir:
- WUF13 çərçivəsində malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdikləri gəlirlər (gəlir vergisi üzrə azadolma);
- qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müqavilə əsasında qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri (mənfəət vergisi üzrə azadolma);
- qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər (mənfəət vergisi üzrə azadolma);
- müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, habelə müvafiq təsdiqedici sənəd əsasında malların idxalı (ƏDV üzrə azadolma).
Bütün vergi güzəşt və azadolmaları müvafiq təsdiqedici sənəd əsasında və bir il müddətinə (2025-ci il sentyabrın 1-dən 1 il müddətinə) tətbiq olunacaq.
Yanvarın 28-də Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclas
Müğənni Vəfa Şərifova "Rəngarəng" verilişində qonaq olarkən
Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən il təqaüdə göndərilən m
18 yanvar 2026-cı il tarixində keçirilmiş magistratura səviyyəsinə qəbul
Səhhətində yaranan problemlərdən sonra ilk dəfə canlı yayıma çıxan V�
Ötən il Azərbaycanda 25 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb e
Bakının mərkəzi prospektində avtobus zolağının ləğv edildiyi iddia olu
Ukrayna lideri Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə danışıq
Uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma qaydalarına d
Bakı və ətraf ərazilərdə dəmir yolu şəbəkəsini genişləndiriləcək.
Müğənni Təranə Qumral sosial şəbəkədə etdiyi emosional çıxışla gü
Raritet avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksizdən və gömrük
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin ötən ilin avqustun
