Bu avtomobillərin idxalı rüsumlardan azad edilir
Digərləri 28 Yan 2026 16:25:00 53 0
Raritet avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir.
Bu xəbəri də oxu: Azərbaycanda 15 yaşlı qız gecə anası yatandan sonra qoşulub QAÇDI
Son.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Gömrük tarifi haqqında" təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiqedici sənədi əsasında şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) artıq olmamaqla raritet avtonəqliyyat vasitələrinin idxalı gömrük rüsumundan azad edilir. Hazırda qüvvədə olan qaydalara əsasən mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və zavod buraxılış tarixindən 40 ildən çox keçmiş avtonəqliyyat vasitələri raritet (nadir) avtonəqliyyat vasitələri hesab edilir.
Dəyişikliyə əsasən raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi aşağıdakı şərtlər çərçivəsində tənzimlənəcək:
- idxalının müvafiq dövlət orqanının təsdiqedici sənədi əsasında həyata keçirilməsi;
- idxal olunan raritet avtonəqliyyat vasitələrininsayının şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) çox olmaması.
Raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi onların idxalçılarının xərclərinin azalmasına imkan yaradacaq.
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin ötən ilin avqustun
Baş Prokurorluq tərəfindən dəymiş ziyanın 259 milyon 95 min manat hissəs
Dəmir yolu xətlərinin bərpası və yeni stansiyaların inşası paytaxt və
Həbsdə olan məşhur bəstəkar Tural Bayraməliyev azadlığa buraxılıb.
Elm və Təhsil Nazirliyinə mütəxəssis vəzifəsinə işə düzəldəcəyini
2025-ci ildə mina və partlamamış hərbi sursat partlayışları nəticəsind
Kəlbəcər şəhərində satış məqsədilə yeni çoxmərtəbəli binaların
Son.az xəbər verir ki, 2004-cü il təvəllüdlü Orxan Məhərrəmovun Malay
Bakı şəhəri, Babək prospektində yerləşən "Baku Medical Plaza"
Heydər Əliyev Beynəlxalq Hava Limanında saxta pasportdan istifadə edərək
1 yanvar 2026-cı il tarixinə Azərbaycan Respublikasının dövlət borcunun (
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə diqqət mərkəzi
Tibbi və yol təhlükəsizliyi araşdırmalarına əsasən təhlükəsizlik kə
