Milli Məclisin İnsan hüquqları komitəsində yeni “Uşaq hüquqları haqqında” qanun müzakirə edilib


Digərləri 28 Yan 2026 18:07:00 74 0

Milli Məclisin İnsan hüquqları komitəsində yeni “Uşaq hüquqları haqqında” qanun müzakirə edilib

Yanvarın 28-də Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib.

Son.az xəbər verir ki, komitə sədri Zahid Oruc iclasda birinci oxunuşda olan iki qanun layihəsinin müzakirə ediləcəyini bildirib.

Tədbirdə əvvəlcə, "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası qanununun layihəsinə baxılıb. Sənədi təqdim edən komitə sədri Zahid Oruc uşaqların sağlam, savadlı yetişdirilməsi, vətənpərvər ruhda böyüməsi, şəxsiyyət kimi formalaşmasının vacibliyindən söhbət açıb.

Diqqətə çatdırılıb ki, qanun layihəsində Azərbaycan Respublikasında uşaqlar barəsində dövlət siyasətinin əsas prinsipləri, onların hüquq və azadlıqları, həmin hüquq və azadlıqların həyata keçirilməsi sahəsində dövlət təminatları və dövlət nəzarətinin əsasları müəyyən edilir. Layihədə əsas anlayışlar, qanunun tətbiq dairəsi göstərilir, uşaqlar barəsində dövlət siyasətinin məqsədləri təsbit olunur. Sənəddə, habelə uşaqların hüquq və azadlıqlarının təmin edilməsi sahəsində dövlətin əsas vəzifələri, uşaq hüquqlarının müdafiəsinin təmin edilməsi üzrə dəstək proqramlarının həyata keçirilməsi, uşaqların mənafelərinin üstünlüyünün əsas təminatları, onların yaşamaq və inkişaf etmək hüququ ilə bağlı məsələlər öz əksini tapıb. Bununla yanaşı, uşağın fərdiliyinin qorunması, tərbiyə almaq, həyat və sağlamlığının qorunması, azadlıq və şəxsi toxunulmazlıq, şərəf və ləyaqətinin müdafiəsi hüququ digər hüquqları müvafiq maddələrdə qeyd edilir.

Layihədə hərbi münaqişələr dövründə, habelə təbii fəlakətlər, bədbəxt hadisələr və qəzalar nəticəsində zərər çəkmiş uşaqların müdafiəsi, uşaqların çətin həyat şəraitinə düşməsinin qarşısının alınması üzrə profilaktik tədbirlər, çətin həyat şəraitində olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi, əlilliyi olan, valideyn himayəsindən məhrum olmuş, baxımsız, kimsəsiz və ya sosial təhlükəli vəziyyətdə olan uşaqların hüquqları yer alıb.

Bildirilib ki, yeni qanun layihəsində uşaq hüquqları üzrə dövlət təminatları daha geniş formada əks olunur, çətin həyat şəraitində olan uşaqların hüquq və mənafelərinin qorunması üçün kompleks yanaşmanı özündə əks etdirən hüquqi tənzimləmə müəyyən edilir. Həmçinin layihəyə uşaqlarla bağlı icraata dair beynəlxalq normalardan irəli gələrək prinsipial məsələlər, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti mexanizmi daxil edilib.

Sonra iclasda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, "Gənclər siyasəti haqqında", "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Sosial xidmət haqqında", "Reklam haqqında", "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Uşaqların zərərli informasiyadan qorunması haqqında" və "Media haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) təqdim edilib.

Qeyd olunub ki, sənəddə "Uşaq hüquqları haqqında" qanun layihəsindən irəli gələn uşaqların hüquq və azadlıqlarının təmin edilməsi, uşaq hüquqlarının təminatının hüquqi əsaslarının formalaşdırılması məqsədilə bir sıra qanunvericilik aktlarında uyğunlaşdırma xarakterli dəyişikliklərin edilməsi nəzərdə tutulur. Təklif edilən dəyişikliklər uşaqlarla bağlı ədalət mühakiməsinin həyata keçirilməsi zamanı onların üstün mənafelərinin nəzərə alınması, fərdi məlumatlarının qorunması, çətin həyat şəraitində olan uşaqların aşkar edilməsi mexanizmi, uşaqların zorakılıqdan qorunması ilə bağlı qanunvericilikdə yeni təminatların müəyyən edilməsinə imkan verəcək.

Məsələlər ətrafında müzakirələrdə komitənin sədr müavini Arzuxan Əli-zadə, Razi Nurullayev, Bəhruz Məhərrəmov, Naqif Həmzəyev, Mübariz Qurbanlı, Sevil Mikayılova, Hikmət Məmmədov, Vüqar Rəhimzadə, Tural Gəncəliyev, Elman Nəsirov, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, habelə iclasda iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov çıxış edərək, layihə ilə bağlı fikirlərini açıqlayıblar, bəzi qeyd və təkliflərini səsləndiriblər.

Çıxışlarda yeni qanun layihəsinin üstünlükləri, sənəddə təsbit olunan məsələlərin aktuallığından söhbət açılıb, uşaqların fiziki, mənəvi, intellektual baxımdan formalaşmasının vacibliyi, rəqəmsal mühitin uşaqların inkişafına təsiri və digər məsələlər barədə danışılıb.

Müzakirələrin yekununda təqdim edilən hər iki qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Tədbirdə komitə üzvləri Azər Allahverənov, Mircəlil Qasımlı, aidiyyəti qurumların nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.


Xəbərə aid fotolar

"Heç vaxt müğənniyə ərə getmərəm" like
  • 28 Yan 17:45  
Şou-biznes "Heç vaxt müğənniyə ərə getmərəm"

Müğənni Vəfa Şərifova "Rəngarəng" verilişində qonaq olarkən

arrow Ətraflı
Gürcüstanda azərbaycanlı qız ÖLDÜ like
  • 28 Yan 17:42  
Digərləri Gürcüstanda azərbaycanlı qız ÖLDÜ

Gürcüstanda azərbaycanlı gənc yol qəzasında həlak olub.

arrow Ətraflı
Azad Məcidova hakim pensiyası verilmir like
  • 28 Yan 17:41  
Digərləri Azad Məcidova hakim pensiyası verilmir

Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən il təqaüdə göndərilən m

arrow Ətraflı
Magistratura pilləsi üzrə sınaq imtahanının nəticələri elan olundu like
  • 28 Yan 17:35  
Digərləri Magistratura pilləsi üzrə sınaq imtahanının nəticələri elan olundu

18 yanvar 2026-cı il tarixində keçirilmiş magistratura səviyyəsinə qəbul

arrow Ətraflı
Vüsalə yenidən efirə qayıtdı: "Hər şey haqqında danışacağam” like
  • 28 Yan 17:25  
Şou-biznes Vüsalə yenidən efirə qayıtdı: "Hər şey haqqında danışacağam”

Səhhətində yaranan problemlərdən sonra ilk dəfə canlı yayıma çıxan V�

arrow Ətraflı
Keçən il 6 nəfər prokurorluq orqanlarından xaric edilib like
  • 28 Yan 17:19  
Digərləri Keçən il 6 nəfər prokurorluq orqanlarından xaric edilib

Ötən il Azərbaycanda 25 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb e

arrow Ətraflı
Bakının mərkəzi prospektində avtobus zolağı LƏĞV OLUNUR? like
  • 28 Yan 17:02  
Digərləri Bakının mərkəzi prospektində avtobus zolağı LƏĞV OLUNUR?

Bakının mərkəzi prospektində avtobus zolağının ləğv edildiyi iddia olu

arrow Ətraflı
Zelenski Putinlə danışıqlar aparmaq üçün Moskvaya dəvət olundu like
  • 28 Yan 16:57  
Dünya Zelenski Putinlə danışıqlar aparmaq üçün Moskvaya dəvət olundu

Ukrayna lideri Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə danışıq

arrow Ətraflı
Bu məlumatlar ayın 15dək təqdim olunmalıdır like
  • 28 Yan 16:55  
Digərləri Bu məlumatlar ayın 15dək təqdim olunmalıdır

Uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma qaydalarına d

arrow Ətraflı
Yeni dəmir yolu stansiyaları bu ərazilərdə yerləşəcək like
  • 28 Yan 16:49  
Digərləri Yeni dəmir yolu stansiyaları bu ərazilərdə yerləşəcək

Bakı və ətraf ərazilərdə dəmir yolu şəbəkəsini genişləndiriləcək.

arrow Ətraflı
"Musa hamınızı "qırıbçapacaq"" like
  • 28 Yan 16:45  
Şou-biznes "Musa hamınızı "qırıbçapacaq""

Müğənni Təranə Qumral sosial şəbəkədə etdiyi emosional çıxışla gü

arrow Ətraflı
Bu avtomobillərin idxalı rüsumlardan azad edilir like
  • 28 Yan 16:25  
Digərləri Bu avtomobillərin idxalı rüsumlardan azad edilir

Raritet avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksizdən və gömrük

arrow Ətraflı
Ağ Evə Putinlə şəklini asdı like
  • 28 Yan 16:20  
Dünya Ağ Evə Putinlə şəklini asdı

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin ötən ilin avqustun

arrow Ətraflı
Baş prokurorluq tərəfindən 82 milyon manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub like
  • 28 Yan 16:10  
Digərləri Baş prokurorluq tərəfindən 82 milyon manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub

Baş Prokurorluq tərəfindən dəymiş ziyanın 259 milyon 95 min manat hissəs

arrow Ətraflı