İlham Əliyev Davosda Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşüb
Siyasət 20 Yan 2026 22:45:00 80 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüşüb.
Bu xəbəri də oxu: Litva Prezidenti 20 Yanvar faciəsi qurbanlarını yad edib
Son.az xəbər verir ki, Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Qədər Dövlətinin Əmirinə çatdırmağı xahiş etdi.
Görüşdə əlaqələrimizin mövcud səviyyəsindən məmnunluq ifadə olundu, əməkdaşlığın bir çox istiqamətlər üzrə, o cümlədən iqtisadi-ticari müstəvidə inkişafı üçün geniş potensialın olduğu vurğulandı, ölkələrimiz arasında mövcud sıx münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik bildirildi.
ARDNŞ tərəfindən Azərbaycan qazının Suriyaya çatdırılması vasitəsilə bu ölkənin enerji təchizatının bərpası işində ölkələrimizin uğurlu əməkdaşlığı qeyd edildi.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Son.az
Artıq çəkidən azad olmaq və enerjini artırmaq istəyənlər üçün qəhv�
Dünyanın ən ağıllı və texnoloji cəhətdən inkişaf etmiş şəhərləri
Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyin ingilis dili m�
Hazırda Bakıda müşahidə olunan qarlı hava şəraiti səbəbindən Suraxan�
Yaponiyada evlərin çoxunda mərkəzi isitmə sisteminin olmaması insanları �
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda
Amerikalı qrossmeyster Daniel Naroditski narkotik tərkibli dərmanlar qəbul e
Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 1972-ci i
Qarabağda müxtəlif sahələr üzrə vakansiyalar elan edilib.
Əgər regional nailiyyətlərimiz olmasa, istədiklərimizə nail olmasaq, qlob
"Asus" şirkəti 2026-cı il ərzində yeni smartfon təqdim etməyəc
Artıq beynəlxalq təsisatlara etibar etməməliyik. Aleksandarla (Vuçiç - re
Türkiyədə yeni evlənən gənclər üçün maddi dəstək mexanizmi tətbiq o
