Cəlilabadda ağır onkoloji xəstənin yaşayış şəraiti bərpa olunub
Digərləri 20 Yan 2026 20:24:00 61 0
Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 1972-ci il təvəllüdlü Həsənov Sücayət Sabir oğlu ağır onkoloji xəstəlikdən əziyyət çəkir.
Bu xəbəri də oxu: İlkin ödəniş etdi, amma maşın verilmədi "Changan Auto"dan CAVAB
Son.az xəbər verir ki, o, bir müddət əvvəl xəstəxanada müalicə aldıqdan sonra gedəcək yeri olmadığı üçün kənd məscidlərindən birində məskunlaşıb.
Cəlilabad Rayon İcra Hakimiyyətindən Son.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sücayət Həsənov və onun qardaşının ailəsi uşaqları ilə birlikdə ata yurdunda yerləşən yaşayış evinə köçürülüb:
"Evdə yaşayış şəraiti bərpa olunub, ailə ərzaqla və istiliklə təmin edilib".
------------- Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 1972-ci il təvəllüdlü Həsənov Sücayət Sabir oğlu ağır onkoloji xəstəlikdən əziyyət çəkir. Kimsəsiz olan Sücayət Həsənov yaşayacaq evi və ona baxacaq yaxın qohumu yoxdur.
Son.az xəbər verir ki, bir müddət əvvəl rayon xəstəxanasında əməliyyat olunan Sücayət Həsənov stasionar müalicədən sonra buraxılıb və gedəcək yeri olmadığı üçün küçələrdə qalıb.
Qış mövsümündə sığınacaq tapa bilmədiyindən kənddəki məscidlərdən birinə yerləşib. Kənd sakinləri onu gündəlik ərzaq və yorğan-döşəklə təmin ediblər.
Məsələ ictimailəşdikdən sonra Cəlilabad Rayon İcra Hakimiyyəti və Sosial Xidmətlər Agentliyinin nümayəndələri Sücayəti məsciddən təxliyə edərək xəstəxanaya yerləşdiriblər. Lakin o, cəmi bir gün xəstəxanada saxlanıldıqdan sonra yenidən məscidə qaytarılıb.
Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinə sorğu göndərilib. Qurumdan məsələnin araşdırıldığı bildirilib.
Mina Mikayılova Son.az
Xəbərə aid video
Qarabağda müxtəlif sahələr üzrə vakansiyalar elan edilib.
Əgər regional nailiyyətlərimiz olmasa, istədiklərimizə nail olmasaq, qlob
"Asus" şirkəti 2026-cı il ərzində yeni smartfon təqdim etməyəc
Artıq beynəlxalq təsisatlara etibar etməməliyik. Aleksandarla (Vuçiç - re
Türkiyədə yeni evlənən gənclər üçün maddi dəstək mexanizmi tətbiq o
Ermənistan tərəfindən müraciət daxil oldu ki, artıq Ermənistandan Rusiya
Beynəlxalq vasitəçiliklə bağlı ümidlərimiz tamamilə uğursuzluğa düç
Bu, Azərbaycan və Ermənistanın otuz il davam edən müharibə və qan tökü
İntensiv yağıntılar nəticəsində ağac aşaraq Lənkəran-Lerik avtomobil
Azərbaycanın neft məhsullarının ilk tədarükləri Ermənistanda yanacağı
"WhatsApp" platforması "WhatsApp Web" (brauzer versiyası)
Hər iki ölkə (Azərbaycan və Ermənistan) artıq sülh və əmin-amanlıq ş
Sülh üçün öhdəlik götürülərsə, qısa zaman kəsiyində iki ölkə sü
Türkiyədə DEM Partiyasının Nusaybində keçirdiyi qrup toplantısından son
Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "
