İlham Əliyev Davosda “BlackRock”un baş icraçı direktoru və “Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru ilə görüşüb
Siyasət 20 Yan 2026 21:00:00 53 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda aktivlərin idarə olunması üzrə dünyanın aparıcı şirkətlərindən biri olan "BlackRock"-un baş icraçı direktoru Larri Fink və bu şirkətin tərkibinə daxil olan "Global Infrastructure Partners" şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə görüşüb.
Bu xəbəri də oxu: İlham Əliyev: Bu, Azərbaycan və Ermənistanın otuz il davam edən müharibə və qan tökülməsindən sonra əsl sülh tapdıqları unikal hallardan biridir
Son.az xəbər verir ki, söhbət zamanı Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə "BlackRock" arasında mövcud əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin Azərbaycanda infrastruktur sahəsində potensial investisiya imkanları müzakirə olundu.
Dövlətimizin başçısının Davosa səfəri çərçivəsində Dövlət Neft Fondu ilə "BlackRock" və bu şirkətin tərkibinə daxil olan, qlobal infrastruktur investisiya idarəetmə şirkəti olan "Global Infrastructure Partners" (GIP) arasında uzunmüddətli əməkdaşlığa dair niyyət protokolunun imzalanmasının əhəmiyyətinə toxunuldu. Sənəd mövcud əməkdaşlığın uzunmüddətli, strateji çərçivədə davam etdirilməsini, eləcə də beynəlxalq infrastruktur investisiya platforması çərçivəsində Azərbaycanda potensial investisiya imkanlarının araşdırılmasını nəzərdə tutur. Niyyət protokoluna əsasən, ARDNF-nin "GIP" tərəfindən idarə olunan infrastruktur fondlarına və birgə investisiya imkanlarına 3-4 il müddətində 1,5 milyard ABŞ dollarınadək kapital qoyuluşu imkanlarının nəzərdən keçirilməsi planlaşdırılır. Əməkdaşlıq çərçivəsində Azərbaycanda regional bulud və süni intellekt tələbatına xidmət edən məlumat mərkəzləri və infrastruktur üzrə potensial investisiya imkanlarının dəyərləndirilməsi, hava limanı infrastrukturu sahəsində "Global Infrastructure Partners"in əməliyyat və idarəetmə təcrübəsi nəzərə alınmaqla tərəfdaşlığın perspektivlərinin araşdırılması nəzərdə tutulur. Azərbaycanda və ya ölkəmizlə əlaqəli infrastruktur aktivlərinə dair investisiya imkanlarının dəyərləndirilməsi də əməkdaşlığın əsas istiqamətlərindəndir. Niyyət protokolu Dövlət Neft Fondunun qlobal investisiya ekosistemində mövqeyinin möhkəmləndirilməsinə, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın daha da genişləndirilməsinə və Azərbaycanın strateji əhəmiyyətli infrastruktur sahələrində uzunmüddətli investisiya imkanlarının formalaşdırılmasına töhfə verəcək.
Görüşün sonunda Azərbaycan Prezidentinin iştirakı ilə niyyət protokolunun mübadiləsi mərasimi oldu.
Amerikalı qrossmeyster Daniel Naroditski narkotik tərkibli dərmanlar qəbul e
Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 1972-ci i
Qarabağda müxtəlif sahələr üzrə vakansiyalar elan edilib.
Əgər regional nailiyyətlərimiz olmasa, istədiklərimizə nail olmasaq, qlob
"Asus" şirkəti 2026-cı il ərzində yeni smartfon təqdim etməyəc
Artıq beynəlxalq təsisatlara etibar etməməliyik. Aleksandarla (Vuçiç - re
Türkiyədə yeni evlənən gənclər üçün maddi dəstək mexanizmi tətbiq o
Ermənistan tərəfindən müraciət daxil oldu ki, artıq Ermənistandan Rusiya
Beynəlxalq vasitəçiliklə bağlı ümidlərimiz tamamilə uğursuzluğa düç
Bu, Azərbaycan və Ermənistanın otuz il davam edən müharibə və qan tökü
İntensiv yağıntılar nəticəsində ağac aşaraq Lənkəran-Lerik avtomobil
Azərbaycanın neft məhsullarının ilk tədarükləri Ermənistanda yanacağı
"WhatsApp" platforması "WhatsApp Web" (brauzer versiyası)
Hər iki ölkə (Azərbaycan və Ermənistan) artıq sülh və əmin-amanlıq ş
Sülh üçün öhdəlik götürülərsə, qısa zaman kəsiyində iki ölkə sü
