NATO ölkələri "hərbi Şengen" yaradılması barədə razılığa gəliblər


Dünya 15 Fev 2018 15:36:18 324 0

NATO ölkələri "hərbi Şengen" yaradılması barədə razılığa gəliblər

Bu ideyanı ilk olaraq ABŞ-ın Avropadakı sabiq Quru Qoşunları komandanı, general-leytenant Ben Hoces irəli sürüb

NATO üzvü olan ölkələrin müdafiə nazirləri Şimali Atlantika Alyansının Avropa sərhədlərində "hərbi Şengen" yaratmaq barədə razılığa gəliblər.

"Report" xəbər verir ki, bu barədə Brüsseldəki hərbi-diplomatik mənbəyinə istinadən "RİA Novosti" məlumat yayıb.

NATO-nun müdafiə qurumlarının rəhbərləri Brüsseldə keçirilən görüşdə Avropada qüvvələrin və vasitələrin köçürülməsini təmin etmək üzrə komanda qərargahının yaradılmasını təsdiqləyiblər.

"Söhbət "hərbi Şengen" görüntüsü yaratmaqdan gedir", - mənbə deyib.

Qeyd edək ki, bu ideyanı ilk olaraq ABŞ-ın Avropadakı sabiq Quru Qoşunları komandanı, general-leytenant Ben Hoces irəli sürüb. Onun sözlərinə görə, müttəfiq qoşunlar və hərbi texnika qitə ərazisində miqrantlar kimi sürətlə hərəkət etməlidir.