Yeni ili daha yaxşı keçirmək yarışı Hotellərdə, restoranlarda niyə
Digərləri 02 Yan 2026 23:00:00 69 0
Qlobal iqtisadiyyatda müşahidə olunan qeyri-sabitlik və 2026-cı ilə dair mənfi proqnozlar fonunda insanların istehlak vərdişləri maraqlı ziddiyyətlər ortaya qoyur.
Bu xəbəri də oxu: Sosial kapital anlayışı İndi münasibətlərə necə yatırım edilir? ANALİZ
Son.az xəbər verir ki, iqtisadi çətinliklərin artmasına baxmayaraq, restoranlarda, hotellərdə, ticarət mərkəzlərində və texnologiya mağazalarında müşahidə olunan izdiham əslində rifah göstəricisi deyil, psixoloji müdafiə mexanizmidir. Müasir dövrdə insanların əksəriyyətinin ən son model smartfonlara və xarici səyahətlərə meyl etməsi iqtisadiyyatda "lipstick" (dodaq boyası) effekti və "status anksiyetesi" kimi terminlərlə izah olunur.
İqtisadiyyatda "lipstick" effekti insanların böhran zamanı nümayiş etdirdiyi spesifik davranış modelidir. Bu nəzəriyyəyə görə, maliyyə vəziyyəti pisləşən fərdlər mənzil və ya avtomobil kimi irihəcmli alışlardan imtina edərək, təsəllini kiçik, lakin lüks hissi verən məhsullarda tapırlar. Bu fenomenin adı iqtisadi tənəzzül dövrlərində dodaq boyası satışlarının artmasından götürülüb. İnsanlar özlərini emosional cəhətdən xoşbəxt hiss etmək və gərginlikdən uzaqlaşmaq üçün əlçatan olan kiçik bahalı əşyalara, məsələn kosmetikaya, kofeyə və ya markalı aksesuarlara pul xərcləyirlər.
Bu prosesin digər tərəfi isə "status anksiyetesi" və ya sosial status qorxusudur. Bu fenomen bəzi insanların daxili boşluqlarını və ya maddi çatışmazlıqlarını xarici görünüşlə maskalamasıdır. Sosial müqayisə tələsinə düşən şəxs cəmiyyətin gözündə zəif və ya kasıb görünməmək üçün büdcəsinə uyğun olmayan bahalı geyimlərə və cihazlara üz tutur. Bu halda maddi imkanlar və real ehtiyaclar kənara itələnir, əsas məqsəd isə yalnız "uğurlu insan" imici yaratmaq olur.
Yeni il süfrələrindən sonra yaranan qəbizlik probleminin əsas səbəbləri
Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri Yəmənin şərqindəki Seyun
"Qışda çöldə spirtli içki qəbul etmək bədənin həddindən artıq
Ancelina Coli Qəzzadakı humanitar böhranla bağlı dünyaya çağırış edib
İranda etirazçılara pulemyotlardan atəş açılıb.
Qarlı və şaxtalı hava şəraitinin hökm sürdüyü günlərdə valideynlər
Sosial şəbəkələrdə Kəlbəcərdə Yeni ilin gəlməsi ilə elektrik enerji
Ruiyalı kardioloq Denis Prokofyev hipertoniya diaqnozu qoyulmadan sağlam həya
Aparıcı Lalə Azərtaş türk həmkarı Esra Erolun verilişində qonaq olub.
Türkiyəli aktrisa Aslı Bekiroğlu həkim səhvi nəticəsində bağırsağın
Dəmir yollarında böyük həcmdə yanacaq mənimsəyən vəzifəli şəxslər
Soyuducuda məhsulların düzgün yerləşdirilməsi qida təhlükəsizliyinin t
Şamaxıda fərdi yaşayış evində partlayış baş verib.
Çin hökuməti ölkədə kəskin azalan doğum səviyyəsini tənzimləmək mə
Azərbaycanda dizel yanacağının qiymətindəki son artım avtomobil bazarınd
