Çində insanlar azalır Əhali artsın deyə hökumətdən
Dünya 02 Yan 2026 20:27:00 81 0
Çin hökuməti ölkədə kəskin azalan doğum səviyyəsini tənzimləmək məqsədilə qoruyucu vasitələrə tətbiq edilən vergi güzəştlərini ləğv edib.
Bu xəbəri də oxu: Xarkova hücum 16 yaralı var
Son.az xəbər verir ki, 1 yanvar 2026-cı il tarixindən etibarən Çində son 30 ildə ilk dəfə olaraq kontraseptiv vasitələrin satışına əlavə dəyər vergisi (ƏDV) yenidən bərpa olunub. Bu qərar rəsmi Pekinin demoqrafik böhranla mübarizə strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.
Çin hakimiyyəti əhalinin sayının azalmasının qarşısını almaq üçün kompleks tədbirlər həyata keçirir. Keçən ildən etibarən dövlət hər uşaq üçün illik 500 dollar məbləğində müavinət təyin edib və uşaq baxımı üçün ayrılan subsidiyaları gəlir vergisindən azad edib. Yeni vergi tənzimləməsi isə ailə planlaması vasitələrinin əlçatanlığını azaldaraq dolayısı ilə doğumu təşviq etmək məqsədi daşıyır.
Eyni zamanda, bəzi demoqraflar xəbərdarlıq edirlər ki, qoruyucu vasitələrin bahalaşması ölkədə İİV (VİCH) kimi yoluxucu xəstəliklərin artmasına səbəb ola bilər. Bu isə uzunmüddətli perspektivdə əhalinin sağlamlığına mənfi təsir göstərərək doğumun daha da azalması ilə nəticələnə bilər.
Xatırladaq ki, bu yeni yanaşma 1979-cu ildən 2015-ci ilə qədər tətbiq edilən "bir ailə - bir uşaq" siyasətinin tam əksidir və Çinin demoqrafik tarixində yeni bir mərhələ hesab olunur.
İsmayıl Son.az
Azərbaycanda dizel yanacağının qiymətindəki son artım avtomobil bazarınd
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla Ukr
Sosial şəbəkələrdə şəxsi şəkillərin silinməsi son günlər kütləvi
Üzüm çəyirdəyi yağı dərini gəncləşdirmək və müxtəlif dermatoloji
Dörd ay əvvəl sahibi olduğu brend mağazanın icraçı direktoru işləyən
Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinə endirdiyi növbəti raket zərb
Natəvan Məmmədova 7 mart 1966-cı ildə Bakı şəhərində anadan olub. Bak�
Mühərrik işlək vəziyyətdə olarkən benzin qapağını açmaq ciddi təhl�
Paytaxtın Bayıl qəsəbəsində yerləşən gecə klublarından birinin qarş�
ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə hörmət etdiyi
Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələri
Artıq 2026-cı ildə süni intellekt bir çox sahədə işçiləri tamamilə ə
Donald Tramp administrasiyası Azərbaycanın sülh gündəliyinə böyük səda
İranın ali dini liderinin baş müşaviri Əli Şamxani Vaşinqtonun ölkədə
1 yanvar tarixində Nizami rayonu ərazisində çağırışa gedən təcili tibb
