Milli Məclisdən vitsespikerə töhmət verilməsi məsələsinə Reaksiya
Siyasət 12 Dek 2025 10:31:00 57 0
Milli Məclis sədrinin müavini, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) olan deputat Rafael Hüseynovun parlamentdə keçirilmiş konfrans zamanı partiya sədri Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsdiyi üçün VHP-nin vitse-spikerə töhmət verməsi ciddi müzakirələrə səbəb olub.
Bu xəbəri də oxu: Paşinyan Azərbaycanın qərarını alqışladı
Hətta partiyanın vitse-spikerə töhmət verməsi ilə bağlı Rafael Hüseynovun bu gün VHP-dən istefa verəcəyi gözlənilir.
Maraqlıdır, məsələyə Milli Məclisin İntizam Komissiyasının reaksiyası necədir?
Son.az-ın məlumatına görə, Parlamentin İntizam Komissiyasının sədr müavini Asim Mollazadə "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Komissiya bununla bağlı heç bir addım atmağı planlaşdırmır: "Bu, partiyadaxili məsələlərdir, Milli Məclisdəki fəaliyyətə aidiyyəti yoxdur. İntizam Komissiyası təbii ki, heç bir addım atmayacaq".
Xatırladaq ki, sözügedən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" mövzusuna həsr edilən Konfrans dekabrın 8-də keçirilib.
İclasda çıxış edən VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlı 4 dəqiqəlik reqlament vaxtını keçdiyi üçün vitse-spiker Rafael Hüseynov onun sözünü yarıda kəsib. Partiya sədri isə buna etirazını bildirib və qeyd edib ki, bu, hörmətsizlikdir.
Xəbər verdiyimiz kimi, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübariz
Ağ Ev cümə axşamı ABŞ Prezidenti Donald Trampın əlindəki sarğılarla b
Ekspert qeyd edib ki, smartfon, tətil, toy və ya hədiyyə məqsədilə kredit
Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində hə
Xalq artisti Röya Ayxan telekanalların birində qonaq olarkən maraqlı anlar
Milli Məclis sədrinin müavini, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP)
Yaponiyada bir neçə gün əvvəl baş verən 7,5 bal gücündəki zəlzələni
"Anam bu il martın 13-dən 24-dək Bakı Sağlamlıq Mərkəzinin (BSM) Re
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Ümummilli Lider H
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
XX əsrin siyasi səhnəsində çox adlar görünmüş, çoxu isə zaman keçdik
Bir müddət əvvəl ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayı
Arıqlamaq təkcə çəki itirmək deyil, həm də daha sağlam həyat tərzi qa
Banan qabığı güllərin bol çiçəkləməsini təmin edən, bitkilər tərə
