İŞİDin azərbaycanlı mühasibi ilə bağlı yekun qərar verildi


Digərləri 12 Dek 2025 09:55:00 54 0

İŞİDin azərbaycanlı mühasibi ilə bağlı yekun qərar verildi

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs edilən, İŞİD terror təşkilatının üzvü kimi terrorçuluğun maliyyələşdirilməsi cinayət əməllərini törətməkdə təqsirləndirilən Mircəlal Salahov və qardaşı Mircavad Salahovun barələrində hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, ötən gün Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən, kassasiya şikayəti və ya kassasiya protesti isə təmin edilmədən saxlanılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Mircəlal Salahov və Mircavad Salahovun hər biri 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər.

Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Qeyd edək ki, Mircavad Salahov Suriya Ərəb Respublikasının Raqqa şəhərində "İŞİD" terror təşkilatının sıralarına qoşularaq xüsusi təlim düşərgəsinə göndərilib, döyüş təlimlərində iştirak etməklə odlu silahdan istifadə qaydalarına yiyələnib.

Daha sonra o, "İŞİD" terror təşkilatında mühasib kimi fəaliyyətə başlamış, bu müddət ərzində silahlı münaqişələrdə iştirak edən həmin terror təşkilatının üzvlərinə və onların ailələrinə aylıq pul vəsaitləri və ərzaq təminatının verilməsi, silahlı münaqişələr zamanı yaralanmış bu təşkilatın üzvlərinə və həlak olmuş şəxslərin ailələrinə maddi yardımların ayrılması işinin təşkili istiqamətində fəaliyyət göstərib, cinayət məsuliyyətindən yayınmaq məqsədilə bir müddət digər ölkələrdə gizlənib.

Həmçinin müəyyən edilib ki, Salahov Mircavad Seyidağa oğlu "İŞİD" terror təşkilatına qardaşı Salahov Mircəlal Seyidağa oğlu tərəfindən cəlb olunub. Mircəlal Salahov sözügedən terror təşkilatının Suriya Ərəb Respublikasında apardığı hərbi əməliyyatlarda iştirak edərək yaralanıb.

Cinayət işi üzrə Mircavad Salahov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) və 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmə), Mircəlal Salahov Cinayət Məcəlləsinin 281-1.1 və 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrə cəlb etmə və belə silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə ittiham irəli sürülüb.


Xəbərə aid fotolar

Röya Balaəlinin xanımını belə təbrik etdi like
  • 12 Dek 09:50  
Şou-biznes Röya Balaəlinin xanımını belə təbrik etdi

Xalq artisti Röya Ayxan telekanalların birində qonaq olarkən maraqlı anlar

arrow Ətraflı
Töhmət alan Rafael Hüseynov istefa verir? like
  • 12 Dek 09:41  
Digərləri Töhmət alan Rafael Hüseynov istefa verir?

Milli Məclis sədrinin müavini, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP)

arrow Ətraflı
Yaponiya yenidən güclü zəlzələ  Sunami xəbərdarlığı edildi like
  • 12 Dek 09:36  
Dünya Yaponiya yenidən güclü zəlzələ Sunami xəbərdarlığı edildi

Yaponiyada bir neçə gün əvvəl baş verən 7,5 bal gücündəki zəlzələni

arrow Ətraflı
“Səhər dedilər 11000 ödəməlisiniz, axşam anamın ölüm xəbəri gəldi” like
  • 12 Dek 09:31  
Digərləri “Səhər dedilər 11000 ödəməlisiniz, axşam anamın ölüm xəbəri gəldi”

"Anam bu il martın 13-dən 24-dək Bakı Sağlamlıq Mərkəzinin (BSM) Re

arrow Ətraflı
Keçmiş icra başçısı vəfat etdi like
  • 12 Dek 09:22  
Digərləri Keçmiş icra başçısı vəfat etdi

Keçmiş deputat Sərdar Məmmədov vəfat edib.

arrow Ətraflı
DTX Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı videdeoçarx hazırlayıb  VİDEO like
  • 12 Dek 09:20  
Digərləri DTX Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı videdeoçarx hazırlayıb VİDEO

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Ümummilli Lider H

arrow Ətraflı
Rubl, lirə ucuzlaşdı  Avro və dollar isə... like
  • 12 Dek 09:17  
Digərləri Rubl, lirə ucuzlaşdı Avro və dollar isə...

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Xaosdan sabitliyə gedən yol  Tarixin axarını dəyişən lider like
  • 12 Dek 09:10  
Siyasət Xaosdan sabitliyə gedən yol Tarixin axarını dəyişən lider

XX əsrin siyasi səhnəsində çox adlar görünmüş, çoxu isə zaman keçdik

arrow Ətraflı
Rəqsanə əməliyyat olunacaq like
  • 12 Dek 08:46  
Şou-biznes Rəqsanə əməliyyat olunacaq

Bir müddət əvvəl ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayı

arrow Ətraflı
Sağlam arıqlamanın yolları: Effektiv və davamlı üsullar like
  • 12 Dek 08:08  
Digərləri Sağlam arıqlamanın yolları: Effektiv və davamlı üsullar

Arıqlamaq təkcə çəki itirmək deyil, həm də daha sağlam həyat tərzi qa

arrow Ətraflı
Banan qabıqları güllərdə necə möcüzə yaradır: Tropik gübrənin gizli potensialı like
  • 12 Dek 07:07  
Digərləri Banan qabıqları güllərdə necə möcüzə yaradır: Tropik gübrənin gizli potensialı

Banan qabığı güllərin bol çiçəkləməsini təmin edən, bitkilər tərə

arrow Ətraflı
Almalı pudinq keksi like
  • 12 Dek 06:06  
Digərləri Almalı pudinq keksi

Qış süfrələrinin vazkeçilməz dadlarından biri olan almalı pudinq keksi�

arrow Ətraflı
Siqaretin bu öldürücü ziyanlarını çox adam bilmir like
  • 12 Dek 05:05  
Digərləri Siqaretin bu öldürücü ziyanlarını çox adam bilmir

Siqaret çəkmək dünyada qarşısı alına bilən ölüm səbəblərinin baş�

arrow Ətraflı
Qlobal qripdən özümüzü necə qoruyaq? like
  • 12 Dek 04:04  
Digərləri Qlobal qripdən özümüzü necə qoruyaq?

Hazırda həkim-infeksionistlər dünyada ötən illərlə müqayisədə daha s�

arrow Ətraflı
Saçları sürətlə gurlaşdıran çərəz: Hər gün bir ovuc yeyin like
  • 12 Dek 03:03  
Digərləri Saçları sürətlə gurlaşdıran çərəz: Hər gün bir ovuc yeyin

Güzgüdə seyrəkləşən saç dibləri bir çox insan üçün narahatedici pr

arrow Ətraflı