Gömrükdəki həbslərin DETALLARI: General və icra başçısının oğlu tutuldu, xalq şairinin oğulu isə İrana qaçdı
Digərləri 12 Dek 2025 10:30:00 74 0
Xəbər verdiyimiz kimi, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin bir qrup yüksək vəzifəli əməkdaşlarını həbs edib.
Bu xəbəri də oxu: Bakıda iki avtomobil toqquşdu Yanğın başladı
Son.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Hövsan Məntəqəsinin rəisi Fərid Usubov, Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov, İdarənin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə həbs ediliblər.
Həbslərdən sonra isə DGK-nin daha bir əməkdaşı Tahir Tahirinin İrana qaçdığı bildirilir.
İşin diqqət çəkən tərəflərindən biri isə həbs edilənlərin əksəriyyətinin Azərbaycan ictimaiyyətində kifayət qədər tanınan şəxslərin övladları və ya qohumları olmasıdır.
Həbs edilən Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Hövsan Məntəqəsinin rəisi Fərid Usubov general-leytenant Cəbrayıl Usubovun oğludur. general-leytenant Cəbrayıl Usubov uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olub.
Fotoda: Cəbrayıl Usubov
Həbs edilən Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov isə Gəncənin sabiq icra başçısı Rasim Daşdəmirovun oğludur.
Fotoda: Rəşad Daşdəmirov
İrana qaçdığı deyilən DGK-nin əməkdaşı Tahir Tahiri isə Xalq şairi Söhrab Tahirin oğludur.
Fotoda: Xalq şairi Söhrab Tahiri və oğlu Tahir Tahiri
Digər bir saxlanılan şəxs isə Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin əməkdaşı İsmayıl Məmmədəliyevin olduğu bildirilir. Yayılan məlumatlara görə isə, o iş adamı İlham Rəhimovun qohumudur.
Fotoda: İlham Rəhimov
Qeyd edək ki, sözügedən şəxslərdən əlavə DGK-nin əməkdaşları Zaur Haşımov, Fərrux Haqverdiyev və Fariz Məhərrəmov barəsində məhkəmənin qərarı ilə qətimkan tədbirləri seçilib.
Mehman Əsədov Son.az
Ağ Ev cümə axşamı ABŞ Prezidenti Donald Trampın əlindəki sarğılarla b
Ekspert qeyd edib ki, smartfon, tətil, toy və ya hədiyyə məqsədilə kredit
Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində hə
Xalq artisti Röya Ayxan telekanalların birində qonaq olarkən maraqlı anlar
Milli Məclis sədrinin müavini, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP)
Yaponiyada bir neçə gün əvvəl baş verən 7,5 bal gücündəki zəlzələni
"Anam bu il martın 13-dən 24-dək Bakı Sağlamlıq Mərkəzinin (BSM) Re
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Ümummilli Lider H
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
XX əsrin siyasi səhnəsində çox adlar görünmüş, çoxu isə zaman keçdik
Bir müddət əvvəl ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayı
Arıqlamaq təkcə çəki itirmək deyil, həm də daha sağlam həyat tərzi qa
Banan qabığı güllərin bol çiçəkləməsini təmin edən, bitkilər tərə
Qış süfrələrinin vazkeçilməz dadlarından biri olan almalı pudinq keksi�
