Rusiya Müdafiə Nazirliyi özünü biabır etdi ABŞa gülünc ittiham VİDEO FOTO


Dünya 14 Noy 2017 16:16:00 310 0

Rusiya Müdafiə Nazirliyi özünü biabır etdi  ABŞa gülünc ittiham  VİDEO  FOTO

Bu gün Rusiya Müdafiə Nazirliyi rəsmi Twitter hesabından Amerika Birləşmiş Ştatlarını İŞİD-ə dəstək olmaqda ittiham etmişdi. Buna dair sübut olaraq isə hərbi təyyarədən çəkilən şəkilləri paylaşmışdı.

Son.az xəbər verir ki, nazirlik paylaşdığı şəkillərə bu başlığı yazıb:

"Rusiya Müdafiə Nazirliyi ABŞ-ın İŞİD-ə kömək edərək özünün Yaxın Şərqdəki maraqlarını qorumaq barədə təkzibolunmaz faktlarını paylaşır".

Lakin sonradan məlum olub ki, dövlət qurumunun paylaşdığı bu şəkil mobil telefon oyunu olan "AC-130 Gunship Simulator: Special Ops Squadron"dan ekran görüntüləridir.