Barzani: "Müstəqillik referendumunun ləğvi haqqında qərara tabe olacağıq”


Dünya 14 Noy 2017 14:42:00 306 0

Barzani: "Müstəqillik referendumunun ləğvi haqqında qərara tabe olacağıq”

İraqın şimalındakı Kürd Muxtar Əyalətinin hökuməti mərkəzi hakimiyyətin sentyabrın 25-də muxtariyyətdə keçirilən "müstəqillik" referendumun nəticələrinin ləğv olunması barədə qərarına tabe olacağını açıqlayıb. 

Son.az report-a istinadən xəbər verir ki, bunu muxtariyyətin hökumət başçısı Neçirvan Barzani bildirib.

"Referendumun ləğvi haqqında qərara tabe olacağıq", -o vurğulayıb.