Arakanlı müsəlmanlar Banqladeşdə seks köləsinə çevrilirlər "Hər gecə 4 kişi..."


Dünya 14 Noy 2017 12:25:00 318 0

Arakanlı müsəlmanlar Banqladeşdə seks köləsinə çevrilirlər  "Hər gecə 4 kişi..."

Myanmadan qaçaraq Banqladeşə sığınan 500 min arakanlı müsəlman cinsi istismara məruz qalır.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı məlumat verib.

21 yaşlı arakanlı müsəlman Həlimə "BBC" telekanalına müsahibəsində Banqladeşə gəldikdən sonra necə seks köləsi olduğundan danışıb. O, Banqladeşə gəldikdən sonra yerləşdikləri düşərgədə onlara yemək verən adamın qadınları aldadaraq seks köləsi etdiyini deyib:

"Mənə həyat yoldaşının öldüyünü, iki uşağının olduğunu dedi. Mənimlə evlənmək istədiyini bildirdi. Onun evinə getdiyimdə dəhşətə qapıldım. 7-8 gənc qadın bir neçə kişi ilə cinsi əlaqəyə girməyə məcbur edilirdi. Məni də məcbur etdilər. Məni makiyaj edir, bəzəyib-düzəyirdilər. Bəzən bir gecədə 4 kişi gətirirdilər. Çox çətin idi. Günlərlə qanama keçirirdim. Bunun müqabilində sadəcə gündə 3 dəfə yemək verirdilər".

Həliməni zorla saxladıqları evdən bir gecə onun yanına gələn adam xilas edib:

"Polis məmuru idi. Seks üçün gəlmişdi. Ancaq həyat hekayəmi dinlədikdən sonra mənə "bacı" deyə xitab etməyə başladı. Bütün gecə yanımda qaldı, ancaq heç nə etmədi. Sonra mənə telefon nömrəsini verib getdi. Evi idarə edən qadın məni faciəvi şəkildə döydü. Yaralarım 15 gün sağalmadı. Evdən qaçmaq üçün plan hazırlamağa başladım. Yanıma gələn kişi yatandan sonra onun telefonu ilə polisə zəng etdim. Polis gecə yarısı 6 nəfərlə birlikdə gəldi. Məni və daha 6 qızı o evdən xilas etdi".