Ermənistanda tələbələr aclıq aksiyasına başlayıb
Dünya 14 Noy 2017 12:17:03 274 0
Aksiya iştirakçısı: “Biz ictimaiyyətin laqeydliyinə və qanun layihəsinə qaşrı mübazirə aparırıq”
Yerevanda bir neçə gündür etiraz aksiyası keçirən tələbələrdən 5-i acılıq aksiyasına başlayıb.
“Report” Ermənstan KİV-inə istinadən xəbər verir ki, bunu “Eləmin inkişafı naminə” təşəbbüsün koordinatoru David Petrosyan bildirib.
Aclıq aksiyası Yerevan Dövlət Universitetinin auditoriyalarından birində keçirilir.
“Biz, 5 tələbə aclıq elan edirik. Bununla da hərbi xidmətdən möhlət hüququnun ləğvinə ictimaiyyətin laqeydliyinə və qanun layihəsinə qarşı mübazirəni davam etdiririk”, -deyə o, vurğulayıb.
Qeyd edək ki, noyabrın 7-dən Yerevan Dövlət Universitetinin tələbləri tətil elan ediblər və etiraz aksiyası keçirirlər. Noyabrın 13-də etiraz aksiyası bərpa olunub.
Mənbə: report.az