Vəkil adından istifadə edənlər CƏRİMƏLƏNƏCƏK
Digərləri 05 Dek 2025 12:53:00 54 0
Vəkillər Kollegiyasının üzvü olmayan şəxs tərəfindən gəlir əldə etməklə təşkilatının adında "vəkil" sözündən və bu sözün istifadə edildiyi ifadələrdən, eyni zamanda onların başqa dillərə tərcüməsindən istifadə olunmasına görə cərimə tətbiq ediləcək.
Bu xəbəri də oxu: 32 yaşlı qadının qəhvə içdikdən sonra ürəyi dayandı
Son.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə keçirilən iclasında müzakirəyə çıxarılan "İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan Məcəlləyə əsasən, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunda nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etməmiş şəxs tərəfindən gəlir əldə etməklə vəkil adından istifadə olunmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
Layihəyə əsasən, Vəkillər Kollegiyasının üzvü olmayan şəxs tərəfindən gəlir əldə etməklə özünə münasibətdə və ya təşkilatının adında "vəkil" sözündən və bu sözün istifadə edildiyi ifadələrdən, eyni zamanda onların başqa dillərə tərcüməsindən istifadə olunmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə ediləcək.
Evin içərisində böyük dəliklər əmələ gəlib. Divarlar çatlayıb, tava
Türkiyənin 33 vilayətində İŞİD terror təşkilatının üzvlərinə qarş
Hollivud aktyoru Keri-Hiroyuki Taqava vəfat edib.
Təxminən Yeni İlin gəlməsinə günlər qalıb. Bayram simvollarının qiym�
Müdafiə Nazirliyi Tibbi Sənədlər Arxivinin rəisi saxlanılıb.
Lökbatan qəsəbəsinin Qobu Park 1 yaşayış massivində baş verən yanğın
Azərbaycanda orta aylıq əmək haqqı bu ilin ilk 10 ayında 9.5 faiz artaraq
Xəbər verdiyimiz kimi, Bakıda İncəsənət Gimnaziyasının yaxınlığında
FBI bütün Gmail, Outlook və digər elektron poçt istifadəçilərinə bayram
Əkin sahəsinin yandırılması ilə bağlı cərimələr və inzibati həbs qa
Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova həbsdən çıxdıqda
Birləşmiş Ərəb Əmirliklərinin yaranmasının 54-cü il dönümünə həsr
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs edil�
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ölkədə ilk dəfə AYNA MaaS adlı
