Əkin sahələrinin yandırılmasına görə cərimələr artırılır
Digərləri 05 Dek 2025 11:35:00 77 0
Əkin sahəsinin yandırılması ilə bağlı cərimələr və inzibati həbs qaydaları sərtləşdirilir.
Bu xəbəri də oxu: Leylinin sevgilisindən kövrək paylaşım
Son.az xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində öz əksini tapıb.
Layihəyə əsasən əkin sahəsini yandıran fiziki şəxsə 400 manatdan 600 manatadək cərimə və ya zəruri hallarda 1 aya qədər inzibati həbs tətbiq edilə bilər. Vəzifəli şəxslər üçün cərimə 1500 manatdan 2000 manatadək nəzərdə tutulur. Hüquqi şəxslər isə 5000 manatdan 6000 manatadək cərimə ödəyəcək.
Əgər həmin pozuntuya görə inzibati tənbeh almış şəxs 1 il ərzində eyni xətanı təkrar törədərsə cərimələr artırılır. Bu halda fiziki şəxslər üçün cərimə 600 manatdan 800 manatadək olacaq. Vəzifəli şəxslər üçün bu məbləğ 2000 manatdan 2500 manatadək müəyyən edilir. Hüquqi şəxslər üçün cərimə 6000 manatdan 7000 manatadək olacaq. Təkrar hal zamanı zəruri hesab edilərsə 1 aydan 2 aya qədər inzibati həbs də tətbiq edilə bilər.
Hazırda qüvvədə olan Məcəllədə bu sahə üzrə cərimələr eyni hədlərdədir, lakin təkrar pozuntuya görə əlavə sərtləşdirmə mövcud deyil.
Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova həbsdən çıxdıqda
Birləşmiş Ərəb Əmirliklərinin yaranmasının 54-cü il dönümünə həsr
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs edil�
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ölkədə ilk dəfə AYNA MaaS adlı
Azərbaycanda işçilərin işdən azad olunması ilə bağlı qaydalara dəyiş
Lökbatan qəsəbəsinin "Qobu Park-1" yaşayış massivində baş ver
Dekabr ayı astroloji baxımdan iki bürc üçün xüsusilə əlverişli olacaq.
Bakıda xəstəxananın həyətində yarımçıq doğulmuş dölün meyiti tapı
Sosial şəbəkələrdə yayılan video müzakirələrə səbəb olub.
Müğənni Rəqsanə İsmayılova həbsdən çıxdıqdan sonra ilk dəfə efird�
