Qarabağ atlarıının performansı, milli musiqimiz və rəqslərimiz tamaşaçıları heyran etdi
Digərləri 05 Dek 2025 11:29:00 64 0
Birləşmiş Ərəb Əmirliklərinin yaranmasının 54-cü il dönümünə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan təmsilçilərinin möhtəşəm mədəniyyət təqdimatı böyük rəğbətlə qarşılanıb.
Bu xəbəri də oxu: İran vitseprezidentinin qəzada yaralanan övladları da öldü
Son.az xəbər verir ki, BƏƏ-nin rəsmi dəvəti ilə bu mərasimdə iştirak edən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi, milli rəqs qrupu və orkestrin birgə çıxışı Azərbaycan mədəni irsinin zənginliyini və xalqımızın qədim ənənələrini bütün dünyaya nümayiş etdirdi. Qarabağ atlarının nəcib duruşu, rəqs qrupunun ahəngdar kompozisiyaları və orkestrin canlı ifası tədbirin atmosferinə unudulmaz rəng qatdı.
Təntənəli mərasimdə Azərbaycan heyətinin nümayişi böyük maraqla qarşılanıb və tamaşaçılar tərəfindən gurultulu alqışlarla müşayiət olunub.
Xüsusilə diqqət çəkən məqamlardan biri - BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın da tədbirdə şəxsi iştirakı idi. Onun çıxışı izləməsi, Azərbaycan mədəniyyətinə göstərdiyi hörmət və sərgilənən proqramı yüksək qiymətləndirməsi bu anı daha da əlamətdar etdi. Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi, rəqs qrupu və orkestrin birgə çıxışı tədbirin ən yaddaqalan hissələrindən birinə çevrildi.
Bu parlaq təqdimat Azərbaycan mədəniyyətinin əzəmətini və bənzərsizliyini, milli kimliyimizi, atçılıq, musiqi və rəqs kimi irsimizi yaşadan ənənələrimizin beynəlxalq səviyyədə nə qədər dəyərli olduğunu bir daha təsdiq etdi.
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs edil�
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ölkədə ilk dəfə AYNA MaaS adlı
Azərbaycanda işçilərin işdən azad olunması ilə bağlı qaydalara dəyiş
Lökbatan qəsəbəsinin "Qobu Park-1" yaşayış massivində baş ver
Dekabr ayı astroloji baxımdan iki bürc üçün xüsusilə əlverişli olacaq.
Bakıda xəstəxananın həyətində yarımçıq doğulmuş dölün meyiti tapı
Sosial şəbəkələrdə yayılan video müzakirələrə səbəb olub.
Müğənni Rəqsanə İsmayılova həbsdən çıxdıqdan sonra ilk dəfə efird�
Abşeron rayonu ərazisində baş vermiş quldurluq cinayətinə görə boksçu
Bu gün Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdışın�
