FBI bütün "gmail" istifadəçilərinə xəbərdarlıq etdi
Digərləri 05 Dek 2025 11:41:00 56 0
FBI bütün Gmail, Outlook və digər elektron poçt istifadəçilərinə bayram günlərində artan internet dələduzluğu ilə bağlı xəbərdarlıq edib.
Bu xəbəri də oxu: Avtobusun gəlmə vaxtını telefondan görə biləcəyik
Son.az xəbər verir ki, kibercinayətkarlar istifadəçilərin poçt qutularına daxil olaraq bank hesablarını "yarmağa" çalışırlar.
Agentlik hazırda ən çox yayılan dörd fırıldaq növünü diqqətə çatdırıb. Bunlar malın göndərilmədiyi satışlar, ödənişin edilmədiyi alışlar, hərrac saxtakarlığı və hədiyyə kartları ilə bağlı dələduzluqlardır.
Mütəxəssislər vətəndaşları şübhəli keçidlərə və fayllara daxil olmamağa çağırır. Çünki bir klik cihazda zərərli proqramın işə düşməsi üçün kifayət edir. FBI bildirib ki, bu tip fırıldaqlar istifadəçidən ad, şifrə və bank hesabı kimi şəxsi məlumatları almağa yönəlib.
Aqentlik şirkət adından gələn şübhəli məktublara inanmağı tövsiyə etmir. Belə hallarda şirkətin telefon nömrəsi ayrıca axtarılmalı və birbaşa həmin nömrə ilə əlaqə saxlanmalıdır.
FBI həmçinin hesab ələ keçirilməsi kimi tanınan ATO fırıldaqlarının da artdığını açıqlayıb. 2025 ci ilin əvvəlindən bəri bu növ hallarla bağlı 5 100 dən çox şikayət daxil olub və zərər 262 milyon dolları keçib.
Əkin sahəsinin yandırılması ilə bağlı cərimələr və inzibati həbs qa
Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova həbsdən çıxdıqda
Birləşmiş Ərəb Əmirliklərinin yaranmasının 54-cü il dönümünə həsr
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs edil�
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ölkədə ilk dəfə AYNA MaaS adlı
Azərbaycanda işçilərin işdən azad olunması ilə bağlı qaydalara dəyiş
Lökbatan qəsəbəsinin "Qobu Park-1" yaşayış massivində baş ver
Dekabr ayı astroloji baxımdan iki bürc üçün xüsusilə əlverişli olacaq.
Bakıda xəstəxananın həyətində yarımçıq doğulmuş dölün meyiti tapı
Sosial şəbəkələrdə yayılan video müzakirələrə səbəb olub.
Müğənni Rəqsanə İsmayılova həbsdən çıxdıqdan sonra ilk dəfə efird�
