ATƏTdə mühüm açıqlama: Bakı və İrəvan arasında münasibətlər sıfırdan qurulur


Siyasət 04 Dek 2025 17:43:00 76 0

ATƏTdə mühüm açıqlama: Bakı və İrəvan arasında münasibətlər sıfırdan qurulur

Ötən ilin dekabr ayından etibarən Azərbaycan və Ermənistan arasında post-münaqişə dövründə normallaşma prosesində əhəmiyyətli tərəqqi əldə edilib və cari ilin 8 avqust tarixində keçirilmiş tarixi Vaşinqton Sülh Sammiti ilə ən yüksək səviyyəyə çatıb.

Son.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Vyanada ATƏT Nazirlər Şurasının 32-ci iclasında çıxışı zamanı deyib.

Nazir xatırladıb ki, sözügedən sammit nəticəsində şahid qismində ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanmaqla Azərbaycan və Ermənistan ölkə başçıları arasında Birgə Bəyannamə qəbul edilib:

"Tərəflər münaqişənin artıq keçmişdə qaldığını, ona heç bir şəkildə geri dönməyəcəklərini, mövcud reallığa əsaslanaraq, mehriban qonşuluq münasibətləri qurmağa başlayacaqlarını təsdiqləyiblər.

Sammit çərçivəsində mən və erməni həmkarım cari ilin mart ayında yekunlaşan ikitərəfli danışıqların davamı olaraq Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsini parafladıq.

Bundan əlavə, erməni həmkarımla birlikdə, 2020-ci ildə münaqişənin həllindən sonra həmin mexanizmlərə artıq ehtiyac qalmadığına dair qarşılıqlı anlayışın göstəricisi qismində, ölkələrimiz arasında münaqişənin nəticələrinin aradan qaldırılması üçün vaxtilə yaradılmış ATƏT-in Minsk Prosesi və əlaqədar strukturların bağlanması ilə bağlı birgə müraciəti imzaladıq. Nazirlər Şurasının müvafiq qərarının operativ qəbuluna görə Finlandiya sədrliyinə, ATƏT Baş katibinə, ATƏT Katibliyinə və iştirakçı dövlətlərə təşəkkür edirəm".

Ceyhun Bayramovun sözlərinə görə, nəticə etibarilə, regionda sülh de-fakto bərqərar olub:

"Bu gün qeyri-sabit ATƏT regionundan fərqli olaraq, Azərbaycan və Ermənistan ən dinc və sabit dövrü yaşayır. Hər iki tərəf hökumət, parlament və vətəndaş cəmiyyəti səviyyələrində müxtəlif ölçülər üzrə konkret tədbirlərin həyata keçirilməsi istiqamətində irəliləyir.

Sülh prosesinə əlavə təkan vermək məqsədilə, Azərbaycan xoşməramlı jest olaraq, Ermənistana münasibətdə məhsulların tranzit məhdudiyyətini birtərəfli qaydada aradan qaldırıb.

Azərbaycan tərəfindən uzun illər ərzində təşviq edildiyi kimi, bu nailiyyətlər aydın şəkildə nümayiş etdirir ki, birbaşa ikitərəfli danışıqlar irəliyə aparan ən yaxşı yoldur.

Azərbaycan sülh gündəliyinin təşəbbüskarı kimi bu yola sadiqdir və Ermənistan tərəfindən də qarşılıqlı siyasi iradə və məsuliyyəti gözləyir.

Biz bu çərçivədə, normallaşma prosesinin yekunlaşdırılması naminə xoş niyyətin və bütün öhdəliklərin zamanında icrasının həlledici əhəmiyyətini vurğulayırıq".

XİN başçısı əlavə edib ki, Ermənistan Konstitusiyasında hələ də qalmaqda davam edən ərazi iddialarının çıxarılması, paraflanmış ikitərəfli sazişinin imzalanmasına və onun sonrakı ratifikasiyasına və birdəfəlik sülhün təmin olunmasına imkan yaradacaq.

Bəzi meyvələrin parıldama səbəbi bilindi  Üstünə görün nə çəkirlərmiş like
  • 04 Dek 17:30  
Digərləri Bəzi meyvələrin parıldama səbəbi bilindi Üstünə görün nə çəkirlərmiş

"İdxal olunan meyvələrin parlaq görünməsi təsadüfi deyil. Bu parı

arrow Ətraflı
Azərbaycanda vəzifəli şəxs cərimələndi like
  • 04 Dek 17:25  
Digərləri Azərbaycanda vəzifəli şəxs cərimələndi

Bərdə Kommunal Təsərrüfatı İdarəsinin direktoru Natiq Qasımov barəsind

arrow Ətraflı
"Android"də zənglərlə bağlı yeni funksiya like
  • 04 Dek 17:11  
Digərləri "Android"də zənglərlə bağlı yeni funksiya

"Android" istifadəçiləri üçün "Telefon" tətbiqinə ye

arrow Ətraflı
Röya: "Adımı çəkmədi, ondan umdum" like
  • 04 Dek 17:06  
Şou-biznes Röya: "Adımı çəkmədi, ondan umdum"

Xalq artisti Röya Ayxan həmkarı, Nərmin Kərimbəyova barədə səmimi açı

arrow Ətraflı
Kəlbəcər və Laçına helikopterlər cəlb olundu  Yanğın davam edir  VİDEO like
  • 04 Dek 17:01  
Digərləri Kəlbəcər və Laçına helikopterlər cəlb olundu Yanğın davam edir VİDEO

Kəlbəcər və Laçın rayonlarının dağlıq hissəsində davam edən yanğı

arrow Ətraflı
Bakıda Beynəlxalq Film Festivalı keçiriləcək: 34 ölkə, 78 film  FOTO like
  • 04 Dek 17:00  
Kriminal Bakıda Beynəlxalq Film Festivalı keçiriləcək: 34 ölkə, 78 film FOTO

5-9 dekabr 2025-ci il tarixində 16-cı Bakı Beynəlxalq Film Festivalı keçir

arrow Ətraflı
"İvanovka" ticarət obyektində kərə yağı saxta imiş like
  • 04 Dek 16:50  
Digərləri "İvanovka" ticarət obyektində kərə yağı saxta imiş

Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi ev 49, m. 6 ünvanın

arrow Ətraflı
Qəhvə yuxunu qısaldır, amma... like
  • 04 Dek 16:46  
Digərləri Qəhvə yuxunu qısaldır, amma...

Müntəzəm qəhvə qəbulu yuxunun ümumi müddətini azaltsa da, onun dərinli

arrow Ətraflı
Kapital Bankdan Beynəlxalq Bankçılıq Günündə daha bir uğur like
  • 04 Dek 16:45  
Digərləri Kapital Bankdan Beynəlxalq Bankçılıq Günündə daha bir uğur

Kapital Bank informasiya təhlükəsizliyi idarəetmə sisteminin (İTİS) daha

arrow Ətraflı
Rusiya Odessaya zərbə endirdi  Yaralananlar var like
  • 04 Dek 16:39  
Dünya Rusiya Odessaya zərbə endirdi Yaralananlar var

Rusiya ordusunun Odessa şəhərinə pilotsuz uçuş aparatları ilə hücum edi

arrow Ətraflı
Zaurun efirində ara qarışdı  ekspertlərin mikrafonları SÖNDÜRÜLDÜ like
  • 04 Dek 16:30  
Digərləri Zaurun efirində ara qarışdı ekspertlərin mikrafonları SÖNDÜRÜLDÜ

ATV-də yayımlanan "Bizimləsən" verilişinin son buraxılışında

arrow Ətraflı
Bakıya leysan yağacaq  XƏBƏRDARLIQ like
  • 04 Dek 16:27  
Digərləri Bakıya leysan yağacaq XƏBƏRDARLIQ

Dekabrın 5-dən 6-sı səhərədək Bakıda və Abşeron yarımadasında arabir

arrow Ətraflı
Araq içib qonşusunun həyətinə od vurdu  10 minə yaxın ziyan dəydi like
  • 04 Dek 16:25  
Digərləri Araq içib qonşusunun həyətinə od vurdu 10 minə yaxın ziyan dəydi

Bərdədə sərxoş kişi qonşusunun həyətinə od vuraraq, ot tayalarını ya

arrow Ətraflı
“Oğlum hələ uşaq idi, meyiti yox etməli idik...”  Tanınmış həkimin qızı like
  • 04 Dek 16:21  
Digərləri “Oğlum hələ uşaq idi, meyiti yox etməli idik...” Tanınmış həkimin qızı

Yeniyetmə oğlunun atasını öldürdüyünü istintaqdan gizlədən ana cinay�

arrow Ətraflı
"Con moto" adlı konsert keçirilib  FOTO like
  • 04 Dek 16:18  
Kriminal "Con moto" adlı konsert keçirilib FOTO

Bakı Müasir Musiqi Cəmiyyəti Cadenza orkestrinin iştirakı Beyəlxalq Muğa

arrow Ətraflı