"İvanovka" ticarət obyektində kərə yağı saxta imiş
Digərləri 04 Dek 2025 16:50:00 51 0
Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi ev 49, m. 6 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Vahid Cəmil oğluna məxsus "İvanovka" ticarət obyektində yoxlama keçirilib. Satışa çıxarılan kərə yağlarından Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində kərə yağlarının tərkibinin bitki yağı və ya bitki yağları qarışığından ibarət olduğu müəyyən edilib.
Bu xəbəri də oxu: Rubl və avro bahalaşdı, dollar isə...
Son.az xəbər verir ki, yoxlama zamanı süd məhsullarının (seperator üsulu ilə alınmış yağ, əridilmiş yağ, kəsmik, xama və s.) müvafiq baytarlıq sənədlərinin və etiket məlumatlarının olmadığı, yağların kərə yağı adı altında satışa çıxarıldığı aşkarlanıb. Sahibkar süd məhsullarını mütəmadi olaraq İsmayıllı rayonunun İvanovka kəndində fəaliyyət göstərən müxtəlif fiziki şəxslərdən və İsmayıllı bazarından aldığını bildirib.
Məhsullar satışdan kənarlaşdırılıb, toxunulmazlıq aktı tərtib edilib və möhürlənərək saxlanca qoyulub. Təkrar laborator sınaq nəticəsində kərə yağı və kəsmik məhsulunun tərkibinin bitki yağı və ya bitki yağları qarışığından ibarət olduğu, həmçinin kəsmik məhsulunda mikrobioloji uyğunsuzluq (E.coli) müəyyən edilib. Faktla bağlı ticarət obyektinin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, süd məhsullarının satışı qadağan olunub.
Eyni zamanda Agentliyin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən digər "İvanovka" ticarət obyektlərində və İsmayıllı rayonunun İvanovka kəndində bu məhsulların istehsalı və satışını həyata keçirən qida subyektlərində nəzarət tədbirləri görülür. Kərə yağlarından və kəsmik məhsullarından götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Araşdırmalar davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
Asya Son.az
Müntəzəm qəhvə qəbulu yuxunun ümumi müddətini azaltsa da, onun dərinli
Kapital Bank informasiya təhlükəsizliyi idarəetmə sisteminin (İTİS) daha
Rusiya ordusunun Odessa şəhərinə pilotsuz uçuş aparatları ilə hücum edi
ATV-də yayımlanan "Bizimləsən" verilişinin son buraxılışında
Dekabrın 5-dən 6-sı səhərədək Bakıda və Abşeron yarımadasında arabir
Bərdədə sərxoş kişi qonşusunun həyətinə od vuraraq, ot tayalarını ya
Yeniyetmə oğlunun atasını öldürdüyünü istintaqdan gizlədən ana cinay�
Bakı Müasir Musiqi Cəmiyyəti Cadenza orkestrinin iştirakı Beyəlxalq Muğa
Türkiyədə 31 Dekabr 2025-dən etibarən bir ildən artıq şəbəkəyə qoşu
Müğənni Zahidə Günəş "Öz aramızda" verilişinə qonaq olaraq
Səhər ac qarına bir stəkan limonlu su içməyin bir çox faydasının oldu�
Rusiya Prezidenti Vladimir Putin "India Today"ə müsahibəsində bild
"NOCOMMENT.az" informasiya portalı yeni layihəsini təqdim etməyə
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev ətrafında qalma
Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1 ünvanında yerləşən çoxmərt�
