Qubada toyda DAVA: Ofisiantla kobud danışan qonaq DÖYÜLDÜ
Digərləri 04 Dek 2025 17:50:00 74 0
Qubada toy zamanı dava olub.
Bu xəbəri də oxu: Sabah Bakıda leysan olacaq
Son.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Talabıqışlaq kəndində qeydə alınıb.
İttiham aktına görə, kənd sakini 46 yaşlı Manaf Qardaşxanov (adı və soyadı şərtidir) həmkəndlilərindən birinin həyətində keçirilən mağar toyunda qonağı döyüb. Manaf həmkəndlisi olan qonağın ofisiantla kobud danışdığını görüb və o, məclisdən çıxanda həmin şəxsə yaxınlaşaraq yumruq zərbələri ilə sifət və boyun nahiyələrinə zərbə vurub.
Bu əməlinə görə, Manaf Qardaşxanov barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsi ilə cinayət işi açılıb.
Təqsirləndirilən şəxs bildirib ki, ofisiantla kobud danışan həmin qonağa yaxınlaşıb irad bildirəndə aralarında mübahisə yaranıb. Hadisə zamanı Manaf ayıq olsa da, qarşı tərəf içkili olub. Manaf Qardaşxanov əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını deyərək, məhkəmədən barəsində həbslə bağlı olmayan cəza verilməsini istəyib.
Zərərçəkənin sözlərinə görə, ofisiantdan çay istəyib. O bildirib ki, Manafla 2018-ci ildə də bu mövzuda mübahisələri olub və həmin vaxtdan bəri onu görməyib.
Quba Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində 1000 manat cərimə cəzası təyin edilib.
Sumqayıt şəhərində dələduzluq faktları qeydə alınıb.
Ötən ilin dekabr ayından etibarən Azərbaycan və Ermənistan arasında post
"İdxal olunan meyvələrin parlaq görünməsi təsadüfi deyil. Bu parı
Bərdə Kommunal Təsərrüfatı İdarəsinin direktoru Natiq Qasımov barəsind
"Android" istifadəçiləri üçün "Telefon" tətbiqinə ye
Xalq artisti Röya Ayxan həmkarı, Nərmin Kərimbəyova barədə səmimi açı
Kəlbəcər və Laçın rayonlarının dağlıq hissəsində davam edən yanğı
5-9 dekabr 2025-ci il tarixində 16-cı Bakı Beynəlxalq Film Festivalı keçir
Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi ev 49, m. 6 ünvanın
Müntəzəm qəhvə qəbulu yuxunun ümumi müddətini azaltsa da, onun dərinli
Kapital Bank informasiya təhlükəsizliyi idarəetmə sisteminin (İTİS) daha
Rusiya ordusunun Odessa şəhərinə pilotsuz uçuş aparatları ilə hücum edi
ATV-də yayımlanan "Bizimləsən" verilişinin son buraxılışında
Dekabrın 5-dən 6-sı səhərədək Bakıda və Abşeron yarımadasında arabir
Bərdədə sərxoş kişi qonşusunun həyətinə od vuraraq, ot tayalarını ya
