Neft bahalaşdı


Dünya 04 Noy 2017 09:17:00 244 0

Neft bahalaşdı

Dünya birjalarında neft bahalaşır.

Son.az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,10 dollar və ya 2,02% artaraq 55,64 dollar təşkil edib.   ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,45 dollar və ya 2,39% artaraq 62,07 dollar olub.   Bundan öncə xəbər verdiyimiz kimi, Brent markalı neftin qiyməti 2015-ci ildən etibarən ilk dəfə 62 dolları ötüb.