Meksikada yeni neft yatağı aşkarlanıb
Dünya 04 Noy 2017 08:26:00 269 0
Bu barədə ölkə prezidenti Enrike Penya Nyeto məlumat verib
Meksikanın dövlət neft-qaz şirkəti "Pemex" 1,5 mlrd. barel həcmində neft və qaz yatağı aşkar edib.
Son.az "Report"a istinadən bildirir ki, bu barədə cümə günü Latın Amerikası ölkəsinin prezidenti Enrike Penya Nyeto məlumat verib. O bildirib ki, yataq Verakrus ştatında yerləşir.
Mənbə: milli.az