İki avtobus toqquşdu: 8 ölü, 33 yaralı
Dünya 24 Okt 2017 09:07:39 282 0
Malayziyada iki avtobus toqquşub.
Son.az Trend-ə istinadən xəbər verir ki, toqquşma nəticəsində azı 8 nəfər həlak olub, 33 nəfər isə yaralanıb.
Məlumata əsasən, indoneziyalı və nepallı işçiləri daşıyan avtobus mühərrikdə yaranan problemə görə yol qırağında dayanıb. Digər 15 nəfəri daşıyan avtobus isə nəqliyyat vasitəsini saxlaya bilməyib və birinci avtobusa çırpılıb.
Mənbə: milli.az