Prezident Bayram Beqayı təbrik edib
Siyasət 28 Noy 2025 11:20:00 69 0
Prezident İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqaya təbrik məktubu ünvanlayıb.
Bu xəbəri də oxu: Azərbaycan lideri TimorLeste Prezidentini təbrik edib
Son.az xəbər verir ki, məktubda qeyd olunub:
"Hörmətli cənab Prezident,
Albaniya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Biz Azərbaycan ilə Albaniya arasında əlaqələrə böyük əhəmiyyət veririk. Sağlam təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin yüksələn xətt üzrə inkişaf etməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi bizi sevindirir.
Görüşlərimizin və səfərlərimizin intensivliyi Azərbaycan-Albaniya dostluğunun səviyyəsindən, qarşılıqlı əlaqələrimizin dinamikasından xəbər verir. Cari ilin mayında "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranaya səfərimi ən xoş təəssüratlarla xatırlayıram.
Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan ilə Albaniya arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, bir sıra sahələrdə qarşılıqlı maraq doğuran əməkdaşlığın daha da dərinləşdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Albaniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
Ötən həftə Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş ver
"Azəriqaz" İstehsalat Birliyi mənzillərdə yoxlamalara başlayıb
Yarımfabrikat qidaların gizli təhlükələri gündəlik istehlak artdıqca da
Bəzi restoranlarda ucuz qızartma məhsullarının satışında təhlükəli t
Tanınmış oftalmoloq Cahid Şahbazovun etdiyi göz əməliyyatından sonra gö
Rusiyanın Orenburq şəhərində yaşayan fitnes məşqçisi və sosial şəb�
Sosial şəbəkələrdə pultla idarə olunan şüşə örtüklərinin ("pl
Nəqliyyat axınlarının nizamlanması və yol hərəkəti təhlükəsizliyinin
Bakıda baş verən qəza müzakirələrə səbəb olub.
Azərbaycan dilçilik elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, f
Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə
Çinin Honkonq Xüsusi İnzibati Bölgəsinin Tay Po rayonunda yerləşən böy�
Bu gün Lerik rayonunun bir sıra yaşayış məntəqələrində elektrik təchi
Türkiyə və İraqda dabaq xəstəliyinin yeni tipi yayılıb.
