Kiçik qardaşın yerinə böyüyünün həbs edilməsi iddiasına Məhkəmədən cavab
Digərləri 27 Noy 2025 13:07:00 63 0
Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Anar Sadıqovla bağlı yayılan məlumatlara münasibət bildirib.
Bu xəbəri də oxu: Astarada narkotik əməliyyatı: Tutulanlar var –
Son.az xəbər verir ki, məhkəmədən "qafqazinfo"ya daxil olan açıqlamada bildirilib ki, Anar Sadıqovun cinayət törətməyən şəxs barəsində ittiham hökmü çıxarması barədə yayılmış iddialar həqiqəti əks etdirmir.
Rəsmi məlumatda bildirilib ki, cinayəti törədən, barəsində həbs qətimkan tədbiri seçilən və ittiham hökmü çıxarılan şəxs fiziki olaraq Allahverdi Musa oğlu İsgəndərovdur. O, həbs edilərkən ödənilməmiş məhkumluğu olduğu üçün qəsdən qardaşının anket məlumatlarından istifadə edib: "Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə iş üzrə məhkəmə hökmü ləğv edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinə geri qaytarılıb, şəxsin barəsində həbs qətimkan tədbiri qüvvəsində saxlanılıb və təqsirləndirilən şəxsin anket məlumatlarının dəqiqləşdirilməsi üçün Ağır Cinayətlər Məhkəməsindən ilkin istintaqı aparmış quruma qaytarılıb.
Hazırda həmin şəxs həbsdə saxlanılır, onun barəsində cinayət işi yenidən məhkəməyə veriləcək. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsi tərəfindən müvafiq cinayət işinin ibtidai araşdırması üzrə məsul şəxslər barəsində də xüsusi qərar çıxarılaraq aidiyyəti üzrə istintaq qurumuna göndərilib".
Qeyd edək ki, yayılan informasiyada 39 yaşlı İsgəndər Musa oğlu İsgəndərovun qardaşının yerinə məhkum edildiyi bildirilirdi. Belə ki, iddialara əsasən, istintaq cinayətin onun tərəfindən deyil, kiçik qardaşı, 30 yaşlı Allahverən Musa oğlu İsgəndərov tərəfindən törədildiyi barədə qənaətə gəlib. Amma buna baxmayaraq, hakim Anar Sadıqovun sədrlik etdiyi hakimlər heyəti böyük qardaşı həbs cəzasına məhkum edib. Məlumatda bildirilirdi ki, qardaşların bacısının müdaxiləsindən sonra ölkəni tərk etməyə çalışan Allahverən İsgəndərov hava limanında saxlanılıb və dərhal nəzarətə götürülüb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun fəaliyyətinə ötən ay xitam verilib.
Xəbərə aid video
Azərbaycanda meyvə bağını şaxta vurması üzrə 712 min manat sığorta ö
Rostovdakı Cənub Hərbi Məhkəməsi Krım körpüsündə törədilmiş terror
"NOW" ekranlarında yayımlanması planlanan "DOC" serialın
Azərbaycan Respublikasının Kino Agentliyində (ARKA) fəaliyyət göstərən
ABŞ-nin Afinadakı yeni səfiri Kimberli Qillfoyl tədbirdə geyimi ilə diqq�
Astarada 62 kiloqram narkotik dövriyyədən çıxarılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Qaradağ rayon
"Məni aldatdı, pulumu ala bilmirəm"
İndoneziyanın Aceh əyalətinin Simeulue adasında 6,6 bal gücündə zəlzəl
Bakıda qonşusuna kəllə ilə zərbə vuran qadın cəzalandırılıb.
Bakıda yeni tikililərdə yaşayan sakinlərin ən çox şikayət etdiyi məsə
Dünən günorta saatlarında Abşeron rayonunda ağır yol qəzası baş verib.
Xəbər verdiyimiz kimi, 63 özəl məktəbəqədər təhsil müəssisəsi Elm v
Türkiyəli aktrisa Meral Kaplan haqqında Beşiktaşdakı terapiya mərkəzind
