Gör hansı əclaflarla işləyirəm Yunus Oğuz yazır


Digərləri 27 Noy 2025 12:56:00 58 0

Gör hansı əclaflarla işləyirəm  Yunus Oğuz yazır

YUNUS  OĞUZ

Bu xəbəri də oxu: Üç valyuta bahalaşdı RƏSMİ

Pritça

Bir kişi Həccə getməyə hazırlaşır. Ağlınıza indiki Həcc ziyarəti getməsin. İndi nə var ki, oturdun avtobusa, təyyarəyə, tıpp, bir necə gündən, yaxud saatdan sonra ordasan. O zamanlar ziyarətə getmək məşəqqət idi. Bir il əvvəlcədən hazırlıq görülür-at, dəvə, eşşəklə, bəzən də pay-piyada üç-dörd ay yol qət edirdin.

Əlqərəz, hazırlıq öz yerində, bu kişi hər dəfə evdə çörək yeyəndə, bir qismət kəsəndə divarın deşiyindən bir siçan qorxu-hürkü bilmədən gəlib süfrənin qırağında oturur, yeməyin qırıntılarını yeyirdi. Neçə gün idi belə davam edirdi. Qovurdun da getmirdi, doyduqdan sonra çəkilib yuvasına girirdi.

Bu kişi siçanın hərəkətinə mat-məətəl qalmışdı. Hər dəfə öz-özünə sual verirdi: Ya rəbb, bu nə sirri xudadır? Yoxsa, bu siçan tərəfindən Allah mənə hansısa xəbəri göndərir?

Axırda bir bilicini evinə dəvət edib hal-qaziyyəni ona danışır. Bilici bir xeyli fikirləşəndən sonra, ona deyir ki, külüngü əlinə al, o siçan deşiyini qaz. Kişi elə də edir. Siçanın yerini qazır. Görür ki, oradan bir küp qızıl çıxdı. Bilici əlini saqqalına çəkib mənalı-mənalı deyir:

-Hə, indi aydın oldu. Bu siçanı qudurdan üstündə yatdığı qızıl imiş. Bundan sonra sənin süfrənə heç yaxın da durmaz.

Kişi bilicinin pay-püşünü verib yola saldıqdan sonra dərd onu götürür ki, bəs, Həcc ziyarəti yaxınlaşır, bir küp qızılı hara qoysun.

Məhəllənin bir imanlı, mərifətli, sözünü, yerini bilən imamı varmış. Fikirləşir elə yaxşısı budur ki, aparım onun yanına. Qızılı torbaya doldurub gedir imamın  yanına. Salam-kəlamdan sonra deyir:

-İmam qardaş, bu yaxınlarda ziyarətə gedəcəm, sənə əmanət kimi bir torba qızıl qoymaq istəyirəm.

İmam "Allah qəbul eləsin" deyəndən sonra ona etiraz edir:

-Yox, belə olmaz. Mən bunu əmanət kimi təkbaşına qəbul edə bilmərəm. Gərək şahidlər də olsun.

O, mürdəşiri, azançını, daha bir neçə nəfəri də çağırıb deyir:

-Qulaq asın, ey möminlər! - Barmağını kişiyə uzadır. - Bu kişi mənə bu torbanı saxlamaq üçün əmanət qoyur. Hamınız şahidsiniz?

Hamısı bir ağızdan "şahidik" deyir.

Nəisə vaxt-vədə tamam olur. Kişi ziyarətini başa vurduqdan sonra, səhəri gün məscidə gedib imamla görüşür. Beş-on beşdən sonra deyir:

-İmam qardaş, gəlmişəm əmanətin dalınca, onu zəhmət olmazsa qaytar. Bu müddətdə səni rahatsız etdim.

İmamın üzü çönür.

-Nə əmanət, sən mənə nə vaxt əmanət verdin ki, mən də onu qaytarım?

Kişi çaş-baş qalır, güclə dillənir:

-Necə yəni, nə əmanət? Həccə gedəndə gəldim bura, yanına bir torba qızılı əmanət kimi qoydum.

İmam yenə dirənir:

-Mən əmanət-zad görməmişəm.

Bu kişi də imamın üzünə bozarır:

-Necə yəni görməmisən? Hələ filankəsləri də şahid kimi çağırdın.

İmam həmin şahidləri yığıb soruşur:

-Ey möminlər, bu kişi deyir ki, sizin şahidliyinizlə, guya mənə əmanət kimi bir torba qızıl verib. Olubmu belə şey?

Şahidlər yenə bir ağızdan deyir:

-Yox, biz görməmişik.

Kişi baxır ki, imam bir torba qızılı mədəsinin dərinliyinə atıb. Ümidsiz halda, əli ətəyindən uzun məscidin qapısından çıxanda imam onu saxlayıb bir torba qızılını qaytarır.

Kişi təəccüblə imama baxıb soruşur:

-İmam qardaş, bu nə məzhəkədir? Bayaqki tamaşa nədir, indi etdiyin hərəkət nə?

İmam gülümsəyib cavab verir:

-Sən incimə, sadəcə olaraq mən sənə göstərmək istəyirdim ki, gör hansı  əclaflarla   işləyirəm. Hərəsi özləri  kimi bir əclafın xahişi ilə burada özlərinə isti yer düzəldiblər. Yaxşı, get...

Səfirin transparan geyimi müzakirələrə səbəb oldu like
  • 27 Noy 12:51  
Dünya Səfirin transparan geyimi müzakirələrə səbəb oldu

ABŞ-nin Afinadakı yeni səfiri Kimberli Qillfoyl tədbirdə geyimi ilə diqq�

arrow Ətraflı
Astarada narkotik əməliyyatı: Tutulanlar var – like
  • 27 Noy 12:37  
Digərləri Astarada narkotik əməliyyatı: Tutulanlar var –

Astarada 62 kiloqram narkotik dövriyyədən çıxarılıb.

arrow Ətraflı
Prezident “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak edib  VİDEO  FOTO like
  • 27 Noy 12:33  
Siyasət Prezident “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak edib VİDEO FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Qaradağ rayon

arrow Ətraflı
Bu ölkədə 6,6 bal gücündə zəlzələ oldu like
  • 27 Noy 12:20  
Dünya Bu ölkədə 6,6 bal gücündə zəlzələ oldu

İndoneziyanın Aceh əyalətinin Simeulue adasında 6,6 bal gücündə zəlzəl

arrow Ətraflı
Bakıda qonşusuna kəllə atan qadın cəzalandırıldı like
  • 27 Noy 12:12  
Digərləri Bakıda qonşusuna kəllə atan qadın cəzalandırıldı

Bakıda qonşusuna kəllə ilə zərbə vuran qadın cəzalandırılıb.

arrow Ətraflı
Yeni tikililərdə parkinq böhranı  Bakıda yerlər yoxdur, sakinlər narahatdır like
  • 27 Noy 12:00  
Digərləri Yeni tikililərdə parkinq böhranı Bakıda yerlər yoxdur, sakinlər narahatdır

Bakıda yeni tikililərdə yaşayan sakinlərin ən çox şikayət etdiyi məsə

arrow Ətraflı
21 yaşlı taksi sürücüsü maşını dəfələrlə aşırdı, öldü like
  • 27 Noy 11:57  
Digərləri 21 yaşlı taksi sürücüsü maşını dəfələrlə aşırdı, öldü

Dünən günorta saatlarında Abşeron rayonunda ağır yol qəzası baş verib.

arrow Ətraflı
Bağçalarda qiymət qalmaqalı  Nazirlikdən valideynlərə xəbərdarlıq! like
  • 27 Noy 11:55  
Digərləri Bağçalarda qiymət qalmaqalı Nazirlikdən valideynlərə xəbərdarlıq!

Xəbər verdiyimiz kimi, 63 özəl məktəbəqədər təhsil müəssisəsi Elm v

arrow Ətraflı
Türkiyəli aktrisa həbs olunacaq?  Cinayət işi açıldı  FOTO like
  • 27 Noy 11:50  
Şou-biznes Türkiyəli aktrisa həbs olunacaq? Cinayət işi açıldı FOTO

Türkiyəli aktrisa Meral Kaplan haqqında Beşiktaşdakı terapiya mərkəzind

arrow Ətraflı
Üç kənddə qaz yoxdur  Bu tarixdə bərpa olunacaq like
  • 27 Noy 11:35  
Digərləri Üç kənddə qaz yoxdur Bu tarixdə bərpa olunacaq

Naxçıvan Muxtar Respublikası (MR) Şərur rayonunun üç kəndində qaz təch

arrow Ətraflı
VTB (Azərbaycan) bankının İdarə Heyətinə yeni təyinat like
  • 27 Noy 11:25  
Digərləri VTB (Azərbaycan) bankının İdarə Heyətinə yeni təyinat

Yaşar Kərimov VTB (Azərbaycan) bankının İdarə Heyətinin üzvü təyin ed

arrow Ətraflı
Soçi hava limanı bağlandı like
  • 27 Noy 11:22  
Digərləri Soçi hava limanı bağlandı

Rusiyanın Soçi şəhər hava limanında təyyarələrin enişi və uçuşuna m

arrow Ətraflı
"Ayda 2 dəfə süd vannası qəbul edirəm" like
  • 27 Noy 11:10  
Şou-biznes "Ayda 2 dəfə süd vannası qəbul edirəm"

Müğənni Mənzurə Musayevanın "Rəngarəng" verilişində səslən

arrow Ətraflı
İmran Xan öldürülüb?  Rəsmi açıqlama like
  • 27 Noy 10:57  
Dünya İmran Xan öldürülüb? Rəsmi açıqlama

Ötən gün mətbuatda Pakistanın həbsdə olan sabiq baş naziri İmran Xanı

arrow Ətraflı