Yeni tikililərdə parkinq böhranı Bakıda yerlər yoxdur, sakinlər narahatdır
Digərləri 27 Noy 2025 12:00:00 55 0
Bakıda yeni tikililərdə yaşayan sakinlərin ən çox şikayət etdiyi məsələlərdən biri binaların həyətində park yerlərinin olmamasıdır.
Bu xəbəri də oxu: Azı gündə 3 dəfə yeyirik Ağciyər xərçəngi yaradır
Son.az xəbər verir ki, avtomobil sahibləri maşınlarını məhəllədaxili yollarda saxladıqları üçün dar küçələrdə tıxac yaranır və sakinlər məcburən ödənişli yeraltı parkinqlərdən istifadə edirlər.
Sakinlər bildirirlər ki, yeraltı parkinqlərdə aylıq ödəniş kifayət qədər yüksəkdir və bu qiymətləri tənzimləyən vahid mexanizm mövcud deyil. Hər bir tikinti qiyməti öz istədiyi kimi müəyyən edir.
Müşahidələrə görə, parkinq üçün minimum aylıq ödəniş 50 manatdan başlayır. Bəzi binalarda isə bu rəqəm dəfələrlə yüksəkdir. Məsələn, Yasamal rayonundakı yeni tikilidə aylıq paket 200 manat, VİP zona isə 400 manatdır.
Sakinlərin bir qismi ev alarkən parkinqin ödənişli olduğunu bilmədiklərini, digərləri isə park yerini satın alsalar belə əlavə çətinliklərlə üzləşdiklərini deyirlər.
Ekspertlər bildirirlər ki, problemin kökü layihələndirmə mərhələsində yaranır. Bir çox tikinti şirkətləri normativə uyğun sayda park yeri ayırmır, nəticədə çatışmazlıq yaranır və qiymətlər süni şəkildə artır.
Mütəxəssislər hesab edir ki, gələcəkdə paytaxtda avtomobil sıxlığının azaldılması üçün tikinti şirkətlərinin inşa etdiyi çoxmənzilli binalarda bir neçə mərtəbəli avtoparkın yaradılması və bu yerlərin mənzil alıcılarına əlavə xərcsiz təqdim olunması təmin edilməlidir.
Mina Mikayılova Son.az
Dünən günorta saatlarında Abşeron rayonunda ağır yol qəzası baş verib.
Xəbər verdiyimiz kimi, 63 özəl məktəbəqədər təhsil müəssisəsi Elm v
Türkiyəli aktrisa Meral Kaplan haqqında Beşiktaşdakı terapiya mərkəzind
Naxçıvan Muxtar Respublikası (MR) Şərur rayonunun üç kəndində qaz təch
Yaşar Kərimov VTB (Azərbaycan) bankının İdarə Heyətinin üzvü təyin ed
Rusiyanın Soçi şəhər hava limanında təyyarələrin enişi və uçuşuna m
Müğənni Mənzurə Musayevanın "Rəngarəng" verilişində səslən
Ötən gün mətbuatda Pakistanın həbsdə olan sabiq baş naziri İmran Xanı
"Azərişıq" ASC elektrikli avtomobillər üçün quraşdırılmış
"TikTok" sosial şəbəkəsində cəmiyyətə qarşı hörmətsizlik v
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçi
Əməkdar artist Ruhəngiz Allahverdiyeva plastik əməliyyatdan sonra dəyişə
Bakı Dairəvi-1 avtomobil yolunda sürət həddi endirilib.
Balıq yağının istehsal prosesi sizi təəccübləndirə bilər.
Türkiyənin Egey dənizi sahillərində 4,6 maqnitudalı zəlzələ baş verib.
