“Əsli və Kərəm” operası yeni Əsli ilə tamaşaçılara təqdim olundu VİDEO FOTO
Kriminal 27 Noy 2025 10:40:00 75 0
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində Opera və Balet Teatrının truppası daha bir təqdimatla çıxış edib.
Bu xəbəri də oxu: Azərbaycan Milli İncəsənət Muzeyində “Kəlağayı – ənənələr, simvollar və sirlər” adlı tədbir keçirilib FOTO
Son.az xəbər verir ki, milli opera sənətimizin dəyərli nümunələrindən "Əsli və Kərəm" operası noyabrın 26-da Opera studiyasında təqdim olunub.
1912-ci il mayın 18-dəki ilk təqdimatından 113 il keçsə də əsər bu gün də böyük tamaşaçı rəğbəti ilə qarşılanır və uzun, maraqlı səhnə ömrü olan əsərlər sırasındadır.
"Əsli və Kərəm" mövzusuna müraciət etməklə Üzeyir Hacıbəyli öz əsərlərinin mövzusu üçün yeni bir mənbəyə, xalq dastanlarına və aşıq musiqisinə üz tutdu.
Budəfəki tamaşada Əsli rolunda ilk dəfə Opera və Balet Teatrının gənc solisti Gülzar Fərəcova çıxış edib. Kərəm rolunda onun tərəf müqabili Əməkdar artist Elnur Zeynalov olub. Həmçinin operada Taleh Yahyayev (Keşiş), Əməkdar artist İlkin Əhmədov (Şah), Mütəllim Dəmirov (Şeyx), Nəzər Bəylərov və digərləri çıxış edib. Solistləri tarda Əməkdar artist Elxan Mansurov müşayiət edib.
Operanın Azərbaycan xalq dastanının motivləri əsasında yazılmış librettosunun müəllifi də Üzeyir Hacıbəylidir. Tamaşada fədakar məhəbbətin gücü, insanın mənəvi gözəlliyi tərənnüm olunur. Hazırda teatrın repertuarında nümayiş olunan opera Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 2011-ci ildə Əməkdar incəsənət xadimi Hafiz Quliyev tərəfindən səhnələşdirilib.
Tamaşanın musiqi rəhbəri və dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayev, xoreoqrafı Xalq artisti Mədinə Əliyevadır.
"Əsli və Kərəm" operasının ilk rejissoru Hüseyn Ərəblinski, drijoru isə Üzeyir Hacıbəyli özü olub. İlk Əsli Əhməd Ağdamski, Kərəm isə Hüseynqulu Sarabski idi.
Bu günədək Əsli rolunu Zeynəb Xanlarova, Gülxar Həsənova, Qəndab Quliyeva, Rəsmiyyə Sadıqova, Səkimə İsmayılova, Vüsalə Musayeva, Rəvanə Əmiraslanlı, Arzu Əliyeva, Sədəf Budaqova, Kərəm rolunu isə Arif Babayev, Qulu Əsgərov, Canəli Əkbərov, Baba Mahmudoğlu, İlkin Əhmədov, Elnur Zeynalov, Səbuhi İbayev, Məhəbbət Səfərov və digər sevilən ifaçılarımız canlandırıb.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi "Əsli və Kərəm" operaыını Üzeyir Hacıbəyli festivalı çərçivəsində Ağcabədidə, Şəki İpək yolu festivalında - Şəkidə, "Opera günləri" layihəsi çərçivəsində İçərişəhər dövlət tarix-memarlıq qoruğunda açıq havada nümayiş etdirib.
Əməkdar artist Ruhəngiz Allahverdiyeva plastik əməliyyatdan sonra dəyişə
Bakı Dairəvi-1 avtomobil yolunda sürət həddi endirilib.
Balıq yağının istehsal prosesi sizi təəccübləndirə bilər.
Türkiyənin Egey dənizi sahillərində 4,6 maqnitudalı zəlzələ baş verib.
ABŞ-da miqrasiya siyasətinin bu gün aldığı sərt istiqamət - qaçqınlar�
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar a
Goranboy rayonunda istifadəyə yararsız vəziyyətdə olan beşmərtəbəli ya
"Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucov azadlığ
Aktyor Makoley Kalkin populyar "Evdə tək" filminin davamı çəkilə
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Sənədlərin sürətlə elektronlaşdırıldığı bir dövrdə avtomobillərl�
Noyabrın 28-də gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində �
Mətbəxə girən hər kəsin əsas məqsədlərindən biri az ərzaqla ən yax�
Kanalizasiya quyusunun qapağının yerindən çıxması sürətli yolda sürüc
Qış aylarında buzlu səkilər və qarla örtülü yollar hər il yüzlərlə
