Azərbaycanda meyvə bağları üzrə ən böyük aqrar sığorta ödənişi edilib FOTO
Digərləri 27 Noy 2025 13:05:00 85 0
Azərbaycanda meyvə bağını şaxta vurması üzrə 712 min manat sığorta ödənişi edilib
Bu xəbəri də oxu: Kişilərin yataqda ən böyük düşməni açıqlandı
Aqrar Sığorta Fondu meyvə bağını şaxta vurması üzrə 712 min manat sığorta ödənişi edib
Azərbaycanda meyvə bağlarına şaxta və subasma hadisəsi üzrə təqribən 1 milyon manat sığorta ödənişi edilib
Azərbaycanda dövlət dəstəyi ilə uğurla tətbiq olunan aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı sürətlə artmaqdadır.
2025-ci ilin noyabr ayında Aqrar Sığorta Fondu tərəfindən ölkədə meyvə bağları üzrə rekord məbləğdə aqrar sığorta ödənişi həyata keçirilib.
Xaçmaz rayonunun Tell kəndlərində yerləşən "Naxo Group" MMC şirkətinə məxsus nektarin və bağı güclü şaxtalar nəticəsində zərər görüb.
Rayonun Cığatay kəndində yerləşən "Trek Service Engineering" MMC şirkətinə məxsus badam bağında isə sel-subasma hadisəsi baş verib. Hər iki təsərrüfat məhsul itkisi və zərərlə üzləşib.
Sözügedən təsərrüfatlarda şaxtavurma və sel-subasma hadisəsi barədə müraciət daxil olduqdan sonra Aqrar Sığorta Fondu tərəfindən əraziyə müstəqil aqrar sığorta ekspertləri yönəldilib. Ekspertlər dəfələrlə ərazidə olaraq baş vermiş hadisəni araşdırıb, bağa dəymiş zərərin xarakterini və həcmini müəyyən ediblər. Eləcə də zərərin miqyasları nəzərə alınaraq Aqrar Sığorta Fondunun rəhbər şəxsləri və mütəxəssisləri də həmin təsərrüfatda olaraq vəziyyətlə tanış olublar.
Araşdırmalar nəticəsində meyvə bağında miqdar itkisinin baş verdiyi müəyyən edilib. Aqrar Sığorta Fondu tərəfindən aparılan hesablamalar əsasında təsərrüfatlara - "Naxo Group" MMC-yə 712 482 AZN məbləğində, "Trek Service Engineering" MMC-yə isə 200 520 manat məbləğində aqrar sığorta ödənişi təyin edilib.
Bu indiyədək Aqrar Sığorta Fondu tərəfindən meyvə bağlarına ödənilən ən böyük sığorta ödənişidir. Ödəniş alan təsərrüfat nümayəndələri aqrar sığorta sisteminin işindən olduqca razı qalıb və bütün fermerləri təsərrüfatlarını sığortalamağa çağırıblar.
Rostovdakı Cənub Hərbi Məhkəməsi Krım körpüsündə törədilmiş terror
"NOW" ekranlarında yayımlanması planlanan "DOC" serialın
Azərbaycan Respublikasının Kino Agentliyində (ARKA) fəaliyyət göstərən
ABŞ-nin Afinadakı yeni səfiri Kimberli Qillfoyl tədbirdə geyimi ilə diqq�
Astarada 62 kiloqram narkotik dövriyyədən çıxarılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Qaradağ rayon
"Məni aldatdı, pulumu ala bilmirəm"
İndoneziyanın Aceh əyalətinin Simeulue adasında 6,6 bal gücündə zəlzəl
Bakıda qonşusuna kəllə ilə zərbə vuran qadın cəzalandırılıb.
Bakıda yeni tikililərdə yaşayan sakinlərin ən çox şikayət etdiyi məsə
Dünən günorta saatlarında Abşeron rayonunda ağır yol qəzası baş verib.
Xəbər verdiyimiz kimi, 63 özəl məktəbəqədər təhsil müəssisəsi Elm v
Türkiyəli aktrisa Meral Kaplan haqqında Beşiktaşdakı terapiya mərkəzind
Naxçıvan Muxtar Respublikası (MR) Şərur rayonunun üç kəndində qaz təch
