Ceyhun Bayramov İtaliya Senatının rəhbəri ilə görüşüb


Siyasət 26 Noy 2025 21:12:00 67 0

Ceyhun Bayramov İtaliya Senatının rəhbəri ilə görüşüb

Noyabrın 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İtaliya Respublikasına rəsmi səfəri çərçivəsində İtaliya Senatının sədri İqnasio La Russa ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərin dinamik şəkildə inkişaf etdiyini məmnunluqla qeyd ediblər. Son illər ərzində qarşılıqlı etimada, ümumi maraqlara və fəal siyasi dialoqa əsaslanan ikitərəfli əlaqələrin daha da dərinləşdiyi diqqətə çatdırılıb.

Söhbət zamanı Azərbaycan-İtaliya əməkdaşlığının siyasi, müdafiə və təhlükəsizlik, iqtisadi və ticarət, enerji və bərpa olunan enerji, humanitar, turizm, mədəniyyət və təhsil sahələri də daxil olmaqla çoxşaxəli istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub.

Görüşdə, İtaliya Prezidentinin Azərbaycan-İtaliya Universitetinin açılış mərasimində iştirakı, İtaliyanın Baş nazirinin ölkəmizdə COP-29 liderlər sammitinə qatılması, iki ölkə liderləri arasında yüksək səviyyəli təmasların münasibətlərə əlavə təkan verdiyi vurğulanıb.

Tərəflər parlamentlərarası əlaqələrin gücləndirilməsinin və davamlı siyasi dialoqun münasibətlərin gələcək inkişafı üçün həlledici əhəmiyyət daşıdığını bildiriblər. Bu kontekstdə parlament diplomatiyasının iki ölkə arasında əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi, həmçinin regional və beynəlxalq parlament platformalarında qarşılıqlı dəstəyin artırılması baxımından əhəmiyyəti xüsusi qeyd olunub.

Görüşdə nazir Ceyhun Bayramov qarşı tərəfə keçmiş Ermənistan-Azərbaycan münaqişəsindən irəli gələn postmünaqişə reallıqları, bölgədə sülh və sabitliyin təmin olunması istiqamətində atılan addımlar, o cümlədən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa, yenidənqurma və reinteqrasiya prosesləri və İtaliya şirkətlərinin bu prosesdə iştirakı barədə ətraflı məlumat verib.

Tərəflər həmçinin regional təhlükəsizlik mühiti, çoxtərəfli əməkdaşlıq formatları, beynəlxalq gündəlikdə duran məsələlər və qarşılıqlı maraq doğuran digər mövzular üzrə fikir mübadiləsi aparıblar.

------

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyaya rəsmi səfəri çərçivəsində ölkə Senatının Prezidenti İqnatsio La Russa ilə görüşüb.

Son.az xəbər verir ki, bu barədə XİN "X" sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilir ki, tərəflər Azərbaycan və İtaliya arasında güclü strateji tərəfdaşlıq münasibətləri barədə konstruktiv fikir mübadiləsi apardılar, siyasi dialoq və əməkdaşlığın davamlı inkişafını vurğulayıblar.

Müzakirələr parlamentlərarası əlaqələrin genişləndirilməsi, enerji, iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın dərinləşdirilməsi, eləcə də regional sülh və sabitliyin dəstəklənməsi səylərinin gücləndirilməsi perspektivlərini əhatə edib.

“TIR”larla bağlı məsələ qısa zamanda həll olunacaq”  Rəsmi like
  • 26 Noy 21:00  
Digərləri “TIR”larla bağlı məsələ qısa zamanda həll olunacaq” Rəsmi

Batumi və Tbilisi gömrük-keçid məntəqələrində 20 gündən artıqdır sa

arrow Ətraflı
Ailənin ölüm səbəbi rəsmən açıqlandı like
  • 26 Noy 20:56  
Digərləri Ailənin ölüm səbəbi rəsmən açıqlandı

İstanbulun Fatih rayonunda Almaniyadan gələn Böcek ailəsinin faciəvi şək

arrow Ətraflı
Südü heç vaxt soyuducunun qapısında saxlamayın  Səbəb açıqlandı like
  • 26 Noy 20:47  
Digərləri Südü heç vaxt soyuducunun qapısında saxlamayın Səbəb açıqlandı

Çox insan evdə südü soyuducunun qapısında saxlayır.

arrow Ətraflı
Gəncədə yeniyetmə bıçaqlandı like
  • 26 Noy 20:36  
Kriminal Gəncədə yeniyetmə bıçaqlandı

Gəncədə bıçalanma qeydə alınıb.

arrow Ətraflı
Sabah bu ərazilərdə qaz olmayacaq like
  • 26 Noy 20:20  
Digərləri Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah paytaxtın bir sıra ərazilərində qaz kəsiləcək.

arrow Ətraflı
Ceyhun Bayramov Roma Papası ilə görüşdü like
  • 26 Noy 20:06  
Siyasət Ceyhun Bayramov Roma Papası ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Roma Papası XIV Leo ilə gör

arrow Ətraflı
İranın yeni paytaxtı hansı şəhər olacaq? like
  • 26 Noy 20:03  
Digərləri İranın yeni paytaxtı hansı şəhər olacaq?

İranda anomal quraqlıq hökm sürür. Ölkənin iri şəhərlərini təmin ed�

arrow Ətraflı
Çox addam ciddiyə almır  Ağır xəstəliklərin əlaməti ola bilər like
  • 26 Noy 20:00  
Digərləri Çox addam ciddiyə almır Ağır xəstəliklərin əlaməti ola bilər

Kəpəyin yaranması təkcə baş dərisinin qıcıqlanması və ya düzgün şa

arrow Ətraflı
"Berlin" klinikasında tibb təhsili olmayan şəxs xəstəni əməliyyat edib? like
  • 26 Noy 19:55  
Digərləri "Berlin" klinikasında tibb təhsili olmayan şəxs xəstəni əməliyyat edib?

Bakıda fəaliyyət göstərən "Berlin Ailə və Uşaq Klinikası" MM

arrow Ətraflı
Bu ərazidən “28 May” metro stansiyasınadək tramvay xətti çəkiləcək like
  • 26 Noy 19:47  
Digərləri Bu ərazidən “28 May” metro stansiyasınadək tramvay xətti çəkiləcək

Bakıda tramvayların yenidən bərpası ilə bağlı müzakirələr son günlə

arrow Ətraflı
Aktrisa xanımına ev hədiyyə etdi like
  • 26 Noy 19:41  
Şou-biznes Aktrisa xanımına ev hədiyyə etdi

Aktyor Hüseyn Əlili aktrisa xanımı Gültac Əliliyə ev hədiyyə alıb.

arrow Ətraflı
Afət meyxanaçıya ərə gedir like
  • 26 Noy 19:25  
Şou-biznes Afət meyxanaçıya ərə gedir

Jurnalist və aparıcı Afət Rahilqızı yaxın zamanda meyxanaçı Fərhadla a

arrow Ətraflı
Bu heyvan bazarları fəaliyyət göstərməyəcək like
  • 26 Noy 19:11  
Digərləri Bu heyvan bazarları fəaliyyət göstərməyəcək

Ölkə üzrə 14 heyvan bazarında yenidənqurma prosesi aparılır.

arrow Ətraflı
Zabrat yoluna da avtobus zolağı çəkildi like
  • 26 Noy 19:05  
Digərləri Zabrat yoluna da avtobus zolağı çəkildi

Xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər

arrow Ətraflı
Bu universitetə yeni prorektor təyin olundu like
  • 26 Noy 18:53  
Digərləri Bu universitetə yeni prorektor təyin olundu

Mingəçevir Dövlət Universitetinə yeni prorektor təyin olunub.

arrow Ətraflı