Çox addam ciddiyə almır Ağır xəstəliklərin əlaməti ola bilər
Digərləri 26 Noy 2025 20:00:00 66 0
Kəpəyin yaranması təkcə baş dərisinin qıcıqlanması və ya düzgün şampun seçimindəki səhvlərlə bağlı deyil.
Bu xəbəri də oxu: Bu heyvan bazarları fəaliyyət göstərməyəcək
Son.az xəbər verir ki, bu problem bəzən orqanizmdə daha ciddi proseslərdən xəbər verə bilər.
Bunu açıqlamasında rusiyalı dermatoveneroloq, dosent Marina Gureyeva deyib.
Onun sözlərinə görə kəpəyin ən geniş yayılmış səbəbi seboreyik dermatitin yüngül formasıdır. Bu vəziyyətə isə baş dərisində hər kəsdə olan, lakin bəzi insanlarda sürətlə çoxalmağa başlayan Malassezia tipli göbələklər səbəb olur. Yağlı dəri mühiti həmin göbələklər üçün ideal şərait yaratdığı üçün proses daha da sürətlənir. Lakin həkim vurğulayır ki, göbələklərin çoxalması təkbaşına xəstəliyi yaratmır. Bu mexanizmi gücləndirən faktorlar mövcuddur.
Mütəxəssisin qeyd etdiyi predispozisiya edən səbəblər arasında genetik meyil, psixoloji gərginlik, hormonal və neyroendokrin pozuntular, immun zəiflik, düzgün olmayan saç və dəriyə qulluq, bəzi dərmanların qəbulu da var. Son illərdə aparılan müşahidələr göstərir ki, seboreyik dermatit halları HİV infeksiyası, Parkinson xəstəliyi, alkoqollu pankreatit, hepatit C və uzunmüddətli depressiya fonda daha çox rast gəlinir.
Gureyevanın sözlərinə görə vaxtında müalicə olunmayan kəpək daha ağır dermatit formalarına keçə və baş dərisini bakterial infeksiyalara açıq vəziyyətə sala bilər. Güclü qaşıntı və dərinin cızılması nəticəsində yaranan xırda zədələrdən stafilokokk kimi bakteriyalar daxil olaraq irinli iltihablara səbəb ola bilər. Belə hallarda artıq müalicə daha uzun və çətin olur, hətta saç tökülməsi riski də artır.
Həkim həmçinin bildirir ki, kəpək bəzən psoriaz, qırmızı qurdeşənəyi (lupus), allergik dermatit kimi daha ciddi xəstəliklərin ilkin əlaməti ola bilər.
"Bəzən kəpək sadəcə səthi problem deyil, altında gizlənən prosesin xəbərçisidir. Hormonal dəyişikliklər, xroniki stress, immun sistemindəki zəifləmə və ya autoimmun xəstəliklər də səbəb ola bilər. Ona görə də uzun müddət keçməyən kəpək problemi zamanı dermatoloqa və ya trixoloqa müraciət etmək vacibdir," - deyə Gureyeva vurğulayıb.
İsmayıl Son.az
Bakıda fəaliyyət göstərən "Berlin Ailə və Uşaq Klinikası" MM
Bakıda tramvayların yenidən bərpası ilə bağlı müzakirələr son günlə
Aktyor Hüseyn Əlili aktrisa xanımı Gültac Əliliyə ev hədiyyə alıb.
Jurnalist və aparıcı Afət Rahilqızı yaxın zamanda meyxanaçı Fərhadla a
Ölkə üzrə 14 heyvan bazarında yenidənqurma prosesi aparılır.
Xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər
Mingəçevir Dövlət Universitetinə yeni prorektor təyin olunub.
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə kommunist ideologiyasının t�
Marketin qarşısında qonşusu ilə davada qulağı qoparılan 35 yaşlı Nihad
Meyxanaçı Samirə qonaq olduğu "Rəngarəng" verilişində illər �
Son günlər sosial şəbəkələrdə dolaşan sovet rəmzləri, qırmızı bayr
Tekirdağda sosial mediada canlı yayım edərək "Qurani-Kərimi" və
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 183 ölkəsindən
Nazirlər Kabineti 13 may 2015-ci il tarixli qərarı ilə təsdiqlənmiş "
Bakıda avtomobili bilərəkdən nömrəsiz idarə edən sürücü həbs edilib.
