Qırmızı əməliyyatın pərdəarxası


Siyasət 26 Noy 2025 18:06:00 39 0

Qırmızı əməliyyatın pərdəarxası

Son günlər sosial şəbəkələrdə dolaşan sovet rəmzləri, qırmızı bayraqlar, SSRİ marşlarını xatırladan çağırışlar təkcə retro-nostalji nümayişi deyil. Məsələ bundan qat-qat dərindir. Paylaşılan videolarda Bakının ortasında sovet simvolları ilə yürüş etməyə cəhd göstərən şəxslərin özləri bu görüntüləri ardıcıl şəkildə tirajlayır, çağırışlar edir, sanki "biz buradayıq" mesajını ünvanlayırdılar.

Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyatlarda Abdulla İbrahimli, İbrahim Əsədli və bu qrupla birgə hərəkət edən digər şəxslərin saxlanılması isə göstərdi ki, məsələ nə spontan nostalgiyadır, nə də təsadüf. Bu, müəyyən sistemin içindən gələn, haradansa idarə olunan, məqsədli şəkildə qurulan bir fəaliyyət xəttidir.

İlkin istintaq materiallarının vurğuladığı diqqətçəkən cümlə, yəni "başqa bir dövlətin maliyyə dəstəyi ilə" bütün oyunun mərkəzində dayanır. Bu cümlə təsadüfən yazılmayıb. Əksinə, məlumatların üslubuna baxanda görünür ki, istintaq həmin "başqa dövlət"i açıq deməsə də, işarə gündən-günə daha qabarıqdır.

Axtarışlarda tapılan sovet rəmzləri, Leninin heykəlcikləri, bayraqlar, kitablar, texniki cihazlar - bütün bunlar bir vaxtlar müəyyən mərkəzlər tərəfindən tətbiq edilən "ideoloji paket"in miniatür versiyasıdır. Bu tip göstəricilər SSRİ-dən keçmiş, amma SSRİ-dən çıxmayan şəbəkələrin əl işidir, hansı ki, postsovet məkanında hələ də fəal şəkildə işlənir.

Bu, ilk hadisə də deyil. Ötən il İmişlinin Sarıxanlı kəndində 9 May tədbirində SSRİ bayrağının memorial kompleksə sancılması, Georgi lenti ilə çıxışlar, daha sonra cinayət işi - bütün bunların ardıcıl şəkildə baş verməsi artıq təsadüf anlayışını sıradan çıxarır. Bu, müəyyən ideoloji xəttin xəfif-yüngül yoxlanma cəhdidir. Pulsuz verilən test "reklamları" kimidir: baxaq, cəmiyyət necə reaksiya verəcək?

Sual isə yenə eyni nöqtəyə gəlir: kim maliyyələşdirir və bu fəaliyyətlər niyə indi aktivləşib?

Bu kimi cərəyanların arxasında təkcə sovet nostaljisi dayanmır. Cəmiyyətin emosional xatirələrindən istifadə edib siyasi təsir yaratmaq - geopolitik mərkəzlərin ən klassik üsullarından biridir. Keçmiş simvollar yenidən gündəmə gətirilirsə, deməli, kimlərsə keçmişin rəmzləri ilə bu günün proseslərinə müdaxilə etməyə çalışır. Xüsusilə regionda artan gərginlik fonunda bu hadisəni xatirələrlə əsaslandırmaq sadəlövhlük olardı.

İllərdir ictimai müzakirələrdə çəkilən bir ad isə yenidən gündəmə gəlib - Ramiz Mehdiyev. Haqqında səslənən iddialar, Moskva ilə əlaqələr, ölkədə şəbəkələr qurduğu iddia olunan "beşinci kolon", koordinasiya etdiyi deyilən müxtəlif siyasi dairələr... Bunların heç biri yeni deyil, sadəcə, indi pazlın hissələri daha rahat birləşir.

Dövlət çevrilişi ilə bağlı sızan məktubun yaratdığı rezonans göstərdi ki, bu əlaqələr sırf şəxsi ambisiyalar deyil, daha geniş dairələrin planları ilə üst-üstə düşən istiqamətlərdir. Bu mənzərədə Bakıda sovet ideologiyasını təbliğ edən qrupların birdən-birə fəallaşması isə şübhələrin səmtini daha da daraldır.

Bu gün SSRİ rəmzləri ilə aksiyaya çıxan o kiçik qruplar, əslində, buzdağının görünən hissəsidir. Bu oyunda təsadüf yoxdur, təsadüf kimi göstərirlər."

Və indi əsas sual daha kəskin səslənir: SSRİ bayrağını Bakıda qaldırmağa çalışanlar kimdir?

Cavab isə bizim şəhərdə deyil. Cavab başqa bir paytaxtın səssiz kabinetlərindədir.

İslam Son.az

Canlı yayım açıb "Quran"ı yandırdı, saxlanıldı like
  • 26 Noy 18:00  
Digərləri Canlı yayım açıb "Quran"ı yandırdı, saxlanıldı

Tekirdağda sosial mediada canlı yayım edərək "Qurani-Kərimi" və

arrow Ətraflı
Bu il ölkəmizə gələn xaricilərin sayı açıqlandı like
  • 26 Noy 17:51  
Digərləri Bu il ölkəmizə gələn xaricilərin sayı açıqlandı

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 183 ölkəsindən

arrow Ətraflı
Əli Əsədov qərar imzaladı like
  • 26 Noy 17:50  
Digərləri Əli Əsədov qərar imzaladı

Nazirlər Kabineti 13 may 2015-ci il tarixli qərarı ilə təsdiqlənmiş "

arrow Ətraflı
Maşını nömrəsiz idarə edən sürücü həbs edildi like
  • 26 Noy 17:49  
Digərləri Maşını nömrəsiz idarə edən sürücü həbs edildi

Bakıda avtomobili bilərəkdən nömrəsiz idarə edən sürücü həbs edilib.

arrow Ətraflı
"ChatGPT"dən YENİLİK like
  • 26 Noy 17:37  
Digərləri "ChatGPT"dən YENİLİK

"OpenAI" ChatGPT-də səsli danışıq funksiyasını yeniləyərək o

arrow Ətraflı
Mənzurənin mərhum türk müğənnini lağa qoyması QINANDI like
  • 26 Noy 17:25  
Şou-biznes Mənzurənin mərhum türk müğənnini lağa qoyması QINANDI

Müğənni Mənzurə Musayeva türkiyəli mərhum sənətçi İbrahim Erkal haqq

arrow Ətraflı
Noyabrda niyə üşümədik?  “Havanın istiliyi artıb"  AÇIQLAMA like
  • 26 Noy 17:20  
Digərləri Noyabrda niyə üşümədik? “Havanın istiliyi artıb" AÇIQLAMA

Azərbaycanda noyabrda müşahidə olunan mülayim havaya səbəb isti hava küt

arrow Ətraflı
Bayram Qasımovun fəaliyyətində nöqsanlar aşkarlandı, işdən çıxarıldı like
  • 26 Noy 17:18  
Digərləri Bayram Qasımovun fəaliyyətində nöqsanlar aşkarlandı, işdən çıxarıldı

Sabirabad rayonu Əsgər Şərbətov adına Çiçəkli kənd tam orta məktəbin

arrow Ətraflı
Bağçada uşaqlara niyə ət verilmir  ŞİKAYƏT  FOTO  VİDEO like
  • 26 Noy 17:10  
Digərləri Bağçada uşaqlara niyə ət verilmir ŞİKAYƏT FOTO VİDEO

Bakıdakı 98 saylı dövlət bağçasında uşaqlara dövlət tərəfindən ayr

arrow Ətraflı
Heydər Əliyev prospektində maşın yanıb kül oldu like
  • 26 Noy 16:57  
Digərləri Heydər Əliyev prospektində maşın yanıb kül oldu

Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində avtomobil yanğını qey

arrow Ətraflı
Binəqədini 50 gündür su aparır, səbəb görün nə imiş like
  • 26 Noy 16:51  
Digərləri Binəqədini 50 gündür su aparır, səbəb görün nə imiş

Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində 50 gündən çoxdur ki, mənbə

arrow Ətraflı
Bakıda əlilliyi olan şəxsi dilənçiliyə sövq edən qadın saxlanılıb like
  • 26 Noy 16:48  
Digərləri Bakıda əlilliyi olan şəxsi dilənçiliyə sövq edən qadın saxlanılıb

Bakıda əlilliyi olan şəxsi dilənçiliyə sövq edən qadın saxlanılıb.

arrow Ətraflı
"Aygün Bəylər toyumda dedi ki, gedişim çoxlarına qapı açacaq" like
  • 26 Noy 16:35  
Şou-biznes "Aygün Bəylər toyumda dedi ki, gedişim çoxlarına qapı açacaq"

Müğənni Leyla Rəhimova mərhum Əməkdar artist Aygün Bəylərin illər ə

arrow Ətraflı