Qulağı qoparılan sahibkar da
Digərləri 26 Noy 2025 18:21:00 43 0
Marketin qarşısında qonşusu ilə davada qulağı qoparılan 35 yaşlı Nihad Əliyevin də məhkəməsi keçirilib.
Bu xəbəri də oxu: Bu il ölkəmizə gələn xaricilərin sayı açıqlandı
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində keçirilən prosesdə "Həsənoğlu Market"in sahibi olan N.Əliyev Cinayət Məcəlləsinin 221.3-cü (Silah qismində əşya tətbiq etməklə xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.
Məhkəmənin hökmü ilə ona 2 il 3 ay həbs cəzası verilib. Nihad məhkəmə zalındaca qandallanıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Nihadla dalaşan Kürdəmir rayon Sor-Sor kənd sakini 43 yaşlı Cavad Rüstəmova (soyadlar şərtidir) da hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavad 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib və 3 il 6 ay həbs cəzası alıb.
Bildirilib ki, cinayət hadisəsi ötən il oktyabrın 6-sı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bəhruz Kəngərli küçəsində yerləşən "Həsənoğlu Market"in qarşısında baş verib.
Həmin vaxt marketin sahibi olan Nihadla qonşusu Cavad 18 manat borc pul və maşını obyektin qarşısında bərk sürməyə görə dalaşıblar. Nihad ona irad bildirərək hücum edib. Dava zamanı Cavad Nihada dəmir parçası ilə zərbələr endirib həmçinin bir qulağını dişləyərək qoparıb. Hadisədən sonra Nihad qulağını xəstəxanaya apararaq tikdirmək istəsə də, tibbi müdaxilə müsbət nəticələnməyib. Belə ki, yerinə tikilən qulaq çürüyərək düşüb. Son.az
Meyxanaçı Samirə qonaq olduğu "Rəngarəng" verilişində illər �
Son günlər sosial şəbəkələrdə dolaşan sovet rəmzləri, qırmızı bayr
Tekirdağda sosial mediada canlı yayım edərək "Qurani-Kərimi" və
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 183 ölkəsindən
Nazirlər Kabineti 13 may 2015-ci il tarixli qərarı ilə təsdiqlənmiş "
Bakıda avtomobili bilərəkdən nömrəsiz idarə edən sürücü həbs edilib.
Azərbaycan Milli Xalça Muzeyi həmin axşam qədim ipək fəlsəfəsinin müas
Müğənni Mənzurə Musayeva türkiyəli mərhum sənətçi İbrahim Erkal haqq
Azərbaycanda noyabrda müşahidə olunan mülayim havaya səbəb isti hava küt
Sabirabad rayonu Əsgər Şərbətov adına Çiçəkli kənd tam orta məktəbin
Bakıdakı 98 saylı dövlət bağçasında uşaqlara dövlət tərəfindən ayr
Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində avtomobil yanğını qey
Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində 50 gündən çoxdur ki, mənbə
Bakıda əlilliyi olan şəxsi dilənçiliyə sövq edən qadın saxlanılıb.
