"Berlin" klinikasında tibb təhsili olmayan şəxs xəstəni əməliyyat edib?


Digərləri 26 Noy 2025 19:55:00 44 0

"Berlin" klinikasında tibb təhsili olmayan şəxs xəstəni əməliyyat edib?

Bakıda fəaliyyət göstərən "Berlin Ailə və Uşaq Klinikası" MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə açılmış iş üzrə məhkəmə qərarı ilə 20 min manat məbləğində cərimə olunub. Son.az "Teleqraf"a istinadən xəbər verir ki, klinikanın cərimələnməsinin təfərrüatları bəlli olub.

Klinikaya qarşı irəli sürülən ittiham əmək müqaviləsi bağlanmadan fiziki şəxslərin işə cəlb edilməsi ilə əlaqədar olub. Məhkəmə qərarından klinikanın baş direktoru və vəkili apellyasiya şikayəti veriblər. Onların iddiasına görə, istintaq və məhkəmə zamanı bir sıra önəmli halların məqsədyönlü şəkildə araşdırmadan yayındırılması və sübutların təhrif olunması baş verib.

Mübahisəli əməliyyat: "Liposaksiya" kim tərəfindən icra olunub?

Klinikanın cərimələnməsinin səbəbi "liposaksiya" əməliyyatı olub. İttihama əsasən, əməliyyat klinikanın işçisi olmayan Esmira Quluzadə tərəfindən icra edilib. Klinikada əməliyyat olunan Günay Pürəziz adlı qadın Esmira Quluzadədən şikayət edib. Buna səbəb isə əməliyyatdan razı qalmaması və səhhətində problemlərin yaranması olub. Günay Pürəzizin şikayətindən sonra prokurorluq tərəfindən klinikada yoxlama aparılıb. Esmira Quluzadənin tibbi təhsilinin olmadığı, klinika ilə rəsmi müqaviləsi olmadığı halda əməliyyata daxil olduğu müəyyən edilib.

Lakin klinikanın baş direktoru bildirir ki, əməliyyatı klinikanın rəsmi həkimi Araz Salmanov həyata keçirib və bu barədə prokurorluğa yazılı izahat da verilib. Onların iddiasına görə, həmin izahat iş materiallarına əlavə olunmayıb və gizlədilib.

Vəkillərin məhkəməyə təqdim etdiyi sənədlər arasında xəstənin tarixçəsi, epikriz və digər tibbi sənədlər də olub. Onlar bildirirlər ki, bu sənədlər müstəntiqə təqdim olunsa da, inzibati xəta haqqında qərarda əksini tapmayıb.

"Klinikada Esmira Quluzadə adlı həkim yoxdur"

Klinika rəhbərliyi israrla bildirir ki, Esmira Quluzadə adlı şəxs onların əməkdaşı olmayıb və hazırda da deyil. Onun işəgötürən tərəfindən hər hansı xidmətə cəlb olunması faktı mövcud deyil. Quluzadə sadəcə xəstəni vasitəçi kimi klinikaya yönləndirib.

Bundan əlavə, klinika rəhbərliyi iddia edib ki, prokurorluğa ilkin şikayət göndərmiş Günay Pürəziz daha sonra həmin müraciətindən imtina etsə də, bu hal prokurorluğun qərarında nəzərə alınmayıb. Günay Pürəziz prokurorluğa etdiyi şikayətini geri götürsə də, məhkəmədə onu əməliyyat edənin Esmira Quluzadə olduğunu təsdiqləyib. Bildirib ki, klinikada olan zaman, əməliyyata daxil olanda da onun yanında Esmira Quluzadə olub. Həmçinin əməliyyatdan çıxdıqdan sonra Esmira Quluzadə onu bir neçə dəfə müayinə də edib. Sübut kimi qiymətləndirilən yazışmalar İstintaq orqanının əsas sübut kimi qiymətləndirdiyi isə Esmira Quluzadə ilə Günay Pürəziz arasında olan yazışmalardır. Belə ki, həmin yazışmalarda Esmira Quluzadə Günay Pürəzizi əməliyyat etdiyini təsdiqləyir. Yazışmalarda Günay Pürəziz səhhətində yaranmış problemlərdən gileylənir. Esmira Quluzadə isə əməliyyatı problemsiz icra etdiyini qeyd edir. Həmçinin, Esmira Quluzadə Günay Pürəzizə bildirir ki, əməliyyatdan sonra səhhətində yaranmış problemlər düzgün qidalanmaması və masajlara gəlməməsi ilə bağlıdır. Klinika rəhbərliyinin məsuliyyətdən xilas olmaq üçün əməliyyatın Esmira Quluzadə tərəfindən deyil, Araz Salmanov tərəfindən icra edildiyini göstərmək cəhdi nəticə verməyib. Məhkəmə qərarı qüvvədə saxlanılıb. Qeyd edək ki, Esmira Quluzadənin özünü kosmetoloq, estetik cərrah kimi təqdim etməsi ilə bağlı sosial şəbəkələrdə çoxsaylı paylaşımlar yer alır.

Bu ərazidən “28 May” metro stansiyasınadək tramvay xətti çəkiləcək like
  • 26 Noy 19:47  
Digərləri Bu ərazidən “28 May” metro stansiyasınadək tramvay xətti çəkiləcək

Bakıda tramvayların yenidən bərpası ilə bağlı müzakirələr son günlə

arrow Ətraflı
Aktrisa xanımına ev hədiyyə etdi like
  • 26 Noy 19:41  
Şou-biznes Aktrisa xanımına ev hədiyyə etdi

Aktyor Hüseyn Əlili aktrisa xanımı Gültac Əliliyə ev hədiyyə alıb.

arrow Ətraflı
Afət meyxanaçıya ərə gedir like
  • 26 Noy 19:25  
Şou-biznes Afət meyxanaçıya ərə gedir

Jurnalist və aparıcı Afət Rahilqızı yaxın zamanda meyxanaçı Fərhadla a

arrow Ətraflı
Bu heyvan bazarları fəaliyyət göstərməyəcək like
  • 26 Noy 19:11  
Digərləri Bu heyvan bazarları fəaliyyət göstərməyəcək

Ölkə üzrə 14 heyvan bazarında yenidənqurma prosesi aparılır.

arrow Ətraflı
Zabrat yoluna da avtobus zolağı çəkildi like
  • 26 Noy 19:05  
Digərləri Zabrat yoluna da avtobus zolağı çəkildi

Xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər

arrow Ətraflı
Bu universitetə yeni prorektor təyin olundu like
  • 26 Noy 18:53  
Digərləri Bu universitetə yeni prorektor təyin olundu

Mingəçevir Dövlət Universitetinə yeni prorektor təyin olunub.

arrow Ətraflı
SSRİ bayrağını qaldıranlardan biri də idman jurnalisti imiş  DOSYE like
  • 26 Noy 18:37  
Digərləri SSRİ bayrağını qaldıranlardan biri də idman jurnalisti imiş DOSYE

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə kommunist ideologiyasının t�

arrow Ətraflı
Qulağı qoparılan sahibkar da like
  • 26 Noy 18:21  
Digərləri Qulağı qoparılan sahibkar da

Marketin qarşısında qonşusu ilə davada qulağı qoparılan 35 yaşlı Nihad

arrow Ətraflı
"Oğlumun alın sümüyünü soyuducuda saxlamaq üçün həkimlər bizə verdilər" like
  • 26 Noy 18:12  
Şou-biznes "Oğlumun alın sümüyünü soyuducuda saxlamaq üçün həkimlər bizə verdilər"

Meyxanaçı Samirə qonaq olduğu "Rəngarəng" verilişində illər �

arrow Ətraflı
Qırmızı əməliyyatın pərdəarxası like
  • 26 Noy 18:06  
Siyasət Qırmızı əməliyyatın pərdəarxası

Son günlər sosial şəbəkələrdə dolaşan sovet rəmzləri, qırmızı bayr

arrow Ətraflı
Canlı yayım açıb "Quran"ı yandırdı, saxlanıldı like
  • 26 Noy 18:00  
Digərləri Canlı yayım açıb "Quran"ı yandırdı, saxlanıldı

Tekirdağda sosial mediada canlı yayım edərək "Qurani-Kərimi" və

arrow Ətraflı
Bu il ölkəmizə gələn xaricilərin sayı açıqlandı like
  • 26 Noy 17:51  
Digərləri Bu il ölkəmizə gələn xaricilərin sayı açıqlandı

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 183 ölkəsindən

arrow Ətraflı
Əli Əsədov qərar imzaladı like
  • 26 Noy 17:50  
Digərləri Əli Əsədov qərar imzaladı

Nazirlər Kabineti 13 may 2015-ci il tarixli qərarı ilə təsdiqlənmiş "

arrow Ətraflı
Maşını nömrəsiz idarə edən sürücü həbs edildi like
  • 26 Noy 17:49  
Digərləri Maşını nömrəsiz idarə edən sürücü həbs edildi

Bakıda avtomobili bilərəkdən nömrəsiz idarə edən sürücü həbs edilib.

arrow Ətraflı