Türkiyədə fövqəladə vəziyyət rejimi daha üç ay uzadılacaq


Dünya 13 Okt 2017 13:50:51 369 0

Türkiyədə fövqəladə vəziyyət rejimi daha üç ay uzadılacaq

Mustafa Elitaş: “Məsələ Milli Təhlükəsizlik Şurasının toplantısında müzakirə olunacaq”

Türkiyədə fövqəladə vəziyyət rejiminin daha üç ay uzadılacağı gözlənilir.

“Report” NTV-yə istinadən xəbər verir ki, bunu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisindəki fraksiyasının başçısı Mustafa Elitaş bildirib.

Onun sözlərinə görə, fövqəladə vəziyyət rejiminin uzadılması məsələsi oktyabrın 16-də Milli Təhlükəsizlik Şurasının toplantısında müzakirə olunacaq: “Qərar Nazirlər Kabinetində qəbul olunduqdan sonra parlamentdə müzakirə ediləcək”.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi 2016-cı il iyulun15-də dövlət çevrilişinə cəhddən sonra tətbiq olunub.