Çin dağlarda tras çəkir


Dünya 13 Okt 2017 13:38:00 306 0

Çin dağlarda tras çəkir

Çin hökuməti İbin və Pançjihua şəhərləri arasında ölkə tarixinin ən bahalı yolunun tikintisinə başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Çinin cənub-qərbindəki Sıçuan əyalətinin ərazisindən keçəcək trasın çəkilməsi 13,4 milyard dollara başa gələcək.

Dağlıq ərazidən keçəcək yolun uzunluğu 450 kilometr təşkil edəcək. Hesablamalara görə, yolun hər kilometri 30 milyon dollara başa gələcək.

Yolun tikintisinin başa çatacağı vaxt hələlik məlum deyil.