Eyni tamaşa, iki fərqli obraz – Ramiz Mehdiyev Gültəkin Hacıbəylini necə müxalifətçiyə


Digərləri 22 Noy 2025 18:28:00 45 0

Eyni tamaşa, iki fərqli obraz – Ramiz Mehdiyev Gültəkin Hacıbəylini necə müxalifətçiyə

Son günlərdə Gültəkin Hacıbəylinin illər əvvəl Ramiz Mehdiyevlə bağlı böyük məhəbbətlə, tərifdolu fikirlər səsləndirdiyi videosu geniş müzakirələrə səbəb olub. Ramiz Mehdiyevin 70 illik yubileyi münasibəti ilə yerli televiziyalardan birinə verdiyi müsahibəsində Gültəkin Hacıbəyli deyir ki, Ramiz Mehdiyev çox sərraf adamdır:

"İnsan seçməyi, insanları qiymətləndirməyi sərraf dəqiqliyi ilə bacarır. Ramiz müəllimlə yol getməyən insanların bir qalereyasını yaradaq, onlara baxaq, bu insanları təhlil edək, sonda görərik ki, onların əksəriyyəti Azərbaycan dövlətinə xəyanət ediblər".

Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevi bu qədər ilahiləşdirilməsinin səbəbləri çoxdur. Onun parlamentdə mandat qazanmasında, Bakıda bahalı mənzillər və Goranboyda böyük torpaq sahələri əldə etməsində Ramiz Mehdiyevin bilavasitə rolu var. Ona görə də Gültəkin Hacıbəyli Ramiz Mehdiyevlə bağlı ağız dolusu danışırdı.

Gültəkin Hacıbəyli necə müxalifətçi oldu?

Ancaq 10 illik deputatlıq fəaliyyətindən sonra, birdən-birə Gültəkin Hacıbəyli müxalifətçi obrazına bürünərək cəmiyyətin qarşısına çıxdı. Özü də Milli Şuranın tərkibində, Əli Kərimlinin yanında...

Bu təsadüf deyildi, məkrli planın bir parçası idi. Plan isə Gültəkin Hacıbəylinin "sərraf insan" adlandırdığı Ramiz Mehdiyev tərəfindən hazırlanmışdı.

Mitinq oyununun başlaması

Yada salaq ki, ötən onillikdə ölkəmizdə radikal qüvvələr xeyli fəallaşmışdı. 2011-ci ildə Ziyalılar Forumunun yaranması, sonrada Milli Şuranın peyda olması ilə sanki onlar birdən-birə yenidən oyanmağa başladılar. Maraqlıdır ki, keçmiş deputat, yeni radikal müxalifətçi Gültəkin Hacıbəyli bu oyunun baş obrazlarından biri idi.

Həmin dövrdə Milli Şura və digər adlarla bir araya gələn pozucu qüvvələr davamlı olaraq ölkə daxilində təxribatlara əl atırdı. Həmin qüvvələr paytaxtda davamlı olaraq icazəsiz mitinqlər keçirməyə çalışırdılar. Bunun üçün hətta feminsistlərin və LGBT nümayəndələrinin imkanlarından da istifadə edilirdi.

Əslində bu qüvvələrin əsas hədəfi Azərbaycanın imicinə zərbə vurmaq və ölkə daxilində gərginlik yaratmaq idi.

Planın müəllifi - Ramiz Mehdiyev

Təbii ki, bu proseslərin başında Ramiz Mehdiyev dayanırdı. O başda Gültəkin Hacıbəyli olmaqla öz adamları ilə pozucu qüvvələri idarə edir, maliyyələşdirirdi. Yəni, Gültəkin Hacıbəylinin birdən-birə radikal müxalifətçiyə çevrilməsi məhz Ramiz Mehdiyevin planı idi.

Verilən tapşırıqları canla-başla yerinə yetirdiyi üçün Ramiz Mehdiyev Gültəkin Hacıbəyliyə paytaxtın Dilarə Əliyeva küçəsində inşa edilən çoxmərtəbəli binada 2 böyük mənzil verib, Goranboy rayonunda Hacıyevlərin adına böyük torpaq sahələri rəsmiləşdirilib.

Bu Mehdiyevin müxalifətə təxribatlar törətmək üçün ayırdığı maliyyə yardımının, hədiyyələrin yalnız kiçik bir hissəsidir.

Təxribatlar üçün seçilən xüsusi günlər

Diqqətçəkən məqamlardan biri də odur ki, müxalifətin təxribatları daha çox xüsusi günlərdə baş verirdi. Nə zaman ki, Bakıda nüfuzlu tədbir keçirilir, yaxud Dövlət başçısı mühüm xarici səfərə hazırlaşırdı, o anda radikal müxalifət aksiyalara başlayırdı. İş o həddə çatmışdı ki, artıq aksiyalar təşkil edilərkən xalqın mənəvi dəyərləri də heçə sayılırdı.

Məsələn 2018-ci ilin yanvarında Gültəkin Hacıbəyli Milli Şuradan çağırış eləmişdi ki, yanvarın 20-də "20 Yanvar" ərazisindən Şəhidlər Xiyabanına qədər yürüş keçirilsin. Bu çağırış bir tərəfdən rəsmi dövlət tədbirlərini pozmaq, digər tərəfdən isə insanların heysiyyatı ilə oynamaq məqsədi daşıyırdı. Bəyəm yürüş etmək üçün başqa gün yox idi?!

Ramiz Mehdiyevin son həmləsi

Nəzərə alaq ki, 2018-2019-cu illərdə pozucu qüvvələr xüsusilə fəallaşmışdılar. Hansı ki, həmin dövrdə ölkəmizdə aktiv islahatlar aparılır, cəmi bir il sonra başlayacaq Vətən savaşına son hazırlıqlar görülürdü. Üstəlik, Ramiz Mehdiyevə yaxınlığı ilə seçilən kadrlar bir-bir vəzifələrindən uzaqlaşdırılırdı.

Belə bir məqamda radikal müxalifətin fəallaşmasının səbəbi də aydın görünür. Məhz Ramiz Mehdiyev islahatlara, özünü gözləyən məlum sona mane olmaq üçün mitinq oyununu yenidən aktivləşdirmişdi.

Əsas məqsəd isə hakimiyyətə öz önəmini göstərmək idi. Guya Azərbaycanda real "anti-iqtidar qüvvələr" var və "Mehdiyev olmasa, hakimiyyətə təhlükə yarana bilər".

Bütün oyun məhz bu ssenari üzərində qurulmuşdu. Yəni, həmin dövrdəki aksiyalar Ramiz Mehdiyevin əmri və Güktəkin Hacıbəylinin vasitəçiliyi ilə reallaşdırılırdı.

Mehdiyevin və aksiyaların məlum sonu

2019-cu il oktyabrın 19-da "Milli Şura" sonuncu aksiya cəhdini, daha doğrusu Mehdiyevdən gələn axırıncı əmri yerinə yetirmək üçün küçələrə axışdı. Heç vaxt olmadığı qədər canfəşanlıq göstərdilər, təxribatlar törətməyə çalışdılar.

Cəmi dörd gün sonra - oktyabrın 23-də Ramiz Mehdiyev vəzifəsindən uzaqlaşdırıldı. Həmin vaxtdan "Milli Şura"nın da küçələrdən ayağı birdəfəlik kəsildi.

Çünki Mehdiyevin gedişi ilə, onlar lazımi imkanlardan - maliyyə və təxribat planlarından məhrum qaldılar. Beləcə həm müxalifətin mitinqləri, həm də Ramiz Mehdiyevi "sərraf insan", "həssas qəlb sahibi" adlandıran Gültəkin Hacıbəyliyə verilən missiya başa çatdı...  (bizim.media)

Ana sevgilisinə əmr edib qızını like
  • 22 Noy 18:23  
Dünya Ana sevgilisinə əmr edib qızını

Braziliya ştatında polis dəhşətli cinayətin üstünü açıb. 24 yaşlı A

arrow Ətraflı
Könül Vəlibəyli dəfn edildi like
  • 22 Noy 18:11  
Digərləri Könül Vəlibəyli dəfn edildi

Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı h�

arrow Ətraflı
Qazimizin toyundakı rəqsi viral oldu like
  • 22 Noy 17:53  
Digərləri Qazimizin toyundakı rəqsi viral oldu

Azərbaycanlı qazinin toy mərasimində çəkilən görüntülər sosial şəb�

arrow Ətraflı
Ramiz Mehdiyevin vəziyyəti pisləşdi, like
  • 22 Noy 17:50  
Digərləri Ramiz Mehdiyevin vəziyyəti pisləşdi,

Hazırda ev dustaqlığında saxlanılan Prezident Administrasiyasının sabiq r

arrow Ətraflı
Almaniyada nəhəng "Westwall Bunkeri" diqqət çəkdi like
  • 22 Noy 17:41  
Digərləri Almaniyada nəhəng "Westwall Bunkeri" diqqət çəkdi

Almaniyada yerləşən nəhəng Westwall Bunkeri ilə bağlı video sosial şəb

arrow Ətraflı
"Lake Hotel"in icarədarı like
  • 22 Noy 17:33  
Kriminal "Lake Hotel"in icarədarı

Binəqədidə otelin 4 işçisinin ölümündə təqsirləndirilən rəhbər ş�

arrow Ətraflı
2 ay komada qalan Vətən müharibəsi iştirakçısı vəfat etdi  FOTO like
  • 22 Noy 17:32  
Digərləri 2 ay komada qalan Vətən müharibəsi iştirakçısı vəfat etdi FOTO

Sentyabrın 27-də Qubada avtomobilin ağaca çırpılması nəticəsində yar

arrow Ətraflı
Tolikin dəbdəbəli VİLLAsından like
  • 22 Noy 17:29  
Şou-biznes Tolikin dəbdəbəli VİLLAsından

Aparıcı və prodüser Tarix Əliyev (Tolik) bu səhər sosial şəbəkə izlə

arrow Ətraflı
Əhməd Oruc vəfat etdi like
  • 22 Noy 17:28  
Digərləri Əhməd Oruc vəfat etdi

Bir neçə gün əvvəl insult keçirərək, xəstəxanaya yerləşdirilən Az

arrow Ətraflı
Bir güzgü ilə özüözünü əməliyyat edən HƏKİM like
  • 22 Noy 17:17  
Digərləri Bir güzgü ilə özüözünü əməliyyat edən HƏKİM

Tibb tarixinin ən unikal və cəsarətli əməliyyatlarından biri 1961-ci ild�

arrow Ətraflı
Keçmiş prokuror psixiatriya xəstəxanasında müalicə olunur like
  • 22 Noy 17:16  
Digərləri Keçmiş prokuror psixiatriya xəstəxanasında müalicə olunur

Bakı şəhəri Xətai rayonunun keçmiş prokuroru Mahir Cavadov psixiatriya x�

arrow Ətraflı
Kəmalə Günəşlinin illər öncə məşhur xanəndə ilə VİDEOsu like
  • 22 Noy 17:04  
Şou-biznes Kəmalə Günəşlinin illər öncə məşhur xanəndə ilə VİDEOsu

Müğənni Kəmalə Günəşlinin illər öncə toy məclislərindən birində l

arrow Ətraflı
"Ayıb deyil müğənninin alt paltarının qiymətini soruşursan?" like
  • 22 Noy 16:46  
Şou-biznes "Ayıb deyil müğənninin alt paltarının qiymətini soruşursan?"

"Sənətçinin ayağını yuxarı qaldırıb, etiketinə baxırsan"

arrow Ətraflı